Dövlət Komitəsinin sədri ABŞ-nin Etnik Anlaşma Fondunun nümayəndə heyəti ilə görüşüb
Dekabrın 3-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov ABŞ-nin Etnik Anlaşma Fondunun prezidenti Ravvin Mark Şnayerin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Far.Az-in məlumatına görə, Komitə sədri bildirib ki, ölkəmizdə zəngin multikulturalizm dəyərlərinin təbliği və təşviqi dövlətin din siyasətinin prioritet istiqamətlərindən biridir. Bu, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında dini konfessiyalara və ibadət yerlərinə göstərilən hərtərəfli dövlət dəstəyində öz əksini tapır. Müxtəlif dinlərin nümayəndələrinin mehriban və dinc yanaşı yaşaması Azərbaycanın səciyyəvi xüsusiyyətidir, bütün azərbaycanlılar üçün qürur mənbəyidir. Görüş zamanı Bakı Prosesi çərçivəsində təşkil olunan beynəlxalq tədbirlərin əhəmiyyətinə də toxunan Komitə sədri bu platformanın müxtəlif mədəniyyət və dinlərarası sivilizasiya arasında dialoq, əməkdaşlıq üçün geniş imkanlar yaratdığını, tolerantlığın qlobal səviyyədə təşviqinə mühüm töhfə verdiyini vurğulayıb.
Etnik Anlaşma Fondunun prezidenti, Hampton sinaqoqunun təsisçi direktoru Ravvin Mark Şnayer ölkəmizdə uzun illərdir mövcud olan dini tolerantlıq və qarşılıqlı hörmət mühitini yüksək dəyərləndirdiyini qeyd edib. O, Azərbaycanın müxtəlif dini və etnik qrupların sülh, həmrəylik və anlayış şəraitində birgə yaşaması üçün yaratdığı nümunəvi modelin xüsusi diqqət çəkdiyini bildirib. Azərbaycan tolerantlığının parlaq nümunələrindən birinin də bu ölkədə yəhudi icmasına göstərilən qayğı olduğunu deyib.
Görüşdə mövcud dinlərarası harmoniya mühitinin möhkəmləndirilməsi ilə bağlı müxtəlif ideya və təşəbbüslər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Qalereya
Oxşar xəbərlər
Mehriban Əliyeva Vatikanda Müqəddəs Komodilya katakombalarının bərpası layihəsinin açılışında iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakı və Abşeronun bir hissəsinə 3 gündür su niyə gəlmir?
-
Binəqədidə təmirə görə iki avtobusun marşrutu dəyişdirildi
-
Beynəlxalq səyyahların Şuşaya səfəri başlayıb
-
Sumqayıtda dənizdə batan 82 yaşlı kişinin meyiti tapılıb
-
Abşeronda hüquqpozmalara qarşı növbəti profilaktik tədbirlər keçirilib - 23 motoxuliqan saxlanılıb
-
Nazir: Əmlakın qiymətləndirilməsi üçün süni intellekt əsasında fəaliyyət göstərən yeni bir alət istifadəyə verilib













