Trampın xüsusi elçisi Berlində Avropa liderləri və Zelenski ilə görüşəcək
ABŞ Prezidentinin xüsusi elçisi Stiven Uitkov bazar günü Berlində Avropa liderləri və Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşlər keçirəcək.
"Report"un məlumatına görə, bu barədə "The Wall Street Journal" (WSJ) mənbələrə istinadən xəbər yayıb.
Mənbələrin sözlərinə görə, o, 14-15 dekabrda Böyük Britaniya, Almaniya və Fransadan olan danışıqçılarla görüşəcək. Qəzet hesab edir ki, Uitkovu Berlinə göndərmək qərarı ABŞ administrasiyasının Vaşinqton və Kiyev arasında sülh sazişinin şərtləri ilə bağlı fikir ayrılıqlarının aradan qaldırılmasına sadiqliyini nümayiş etdirir.
Nəşr yazır ki, Fransa Prezidenti Emmanuel Makron, Böyük Britaniyanın Baş naziri Kir Starmer və Almaniya Kansleri Fridrix Merts, eləcə də onların müşavirlərinin Berlin danışıqlarında iştirakı gözlənilir. Qəzet xatırladır ki, Avropa liderləri əvvəlcə ABŞ-nin sülh planı ilə bağlı təkliflərini müzakirə etmək üçün bu həftə sonu Trampla görüş təşkil etmək istəyirdilər.
Tramp daha əvvəl bildirib ki, ABŞ yalnız Vaşinqton bu danışıqların səmərəli olacağını başa düşəcəyi təqdirdə Avropadakı görüşə nümayəndə göndərəcək.
Oxşar xəbərlər
Leyla Əliyeva və Arzu Əliyeva Berlində MAMA "Ana təbiət" sərgisinin açılışında iştirak ediblər
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bərdədə yeni ailə quran qadın öldü: Ailəsi şübhəli məqamların olduğunu iddia edir
-
Qazaxıstanda yerli nümayəndəlik orqanlarına növbədənkənar seçkilər keçiriləcək
-
"Alaves" "Real"ın 10 matçlıq qələbə seriyasına son qoyub
-
"Mançester Yunayted" antirekord müəyyənləşdirib
-
İspaniyada növbədənkənar parlament seçkiləri keçiriləcək
-
The Washington Post: İran ABŞ qüvvələrinə qarşı əməliyyatlarda Maskın Starlink sistemindən istifadə edib













