HƏMAS-ın komandanlarından biri öldürülüb
Far.Az xəbər saytı

HƏMAS-ın komandanlarından biri öldürülüb


İsrailin Müdafiə Ordusu Qəzza şəhərinə hava hücumu həyata keçirib.

"Report" Türkiyə mətbuatına istinadən xəbər verir ki, aviazərbələr nəticəsində HƏMAS-ın silahlı qolu olan "İzəddin əl Qəssam"ın komandanlarından biri, Raad Saad öldürülüb.

Məlumata görə, İsrail ilə HƏMAS arasında oktyabrın 10-da atəşkəs barədə razılaşma əldə olunsa da, Qəzza zolağı hücumlara məruz qalır. Fələstinli mənbələr iddia edirlər ki, son hücumda Qəzza şəhərinin qərbində hədəf alınan avtomobilin vurulması nəticəsində azı 3 nəfər həlak olub.

İsrailin Müdafiə Ordusunun açıqladığı məlumatda isə hücum nəticəsində HƏMAS-ın silahlı qolu "İzəddin əl Qəssam"ın komandanlarından biri olan Raad Saadın öldüyü yer alıb.

Oxşar xəbərlər

Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
Növbəti köç karvanı Kəlbəcər şəhərinə çatıb
Kiyevə raket hücumu zamanı Azərbaycanın Ukraynadakı səfirliyinə ciddi ziyan dəyib
Sumqayıt, Xırdalan və Masazırdan Bakıya gələn avtobuslar üçün xüsusi hərəkət zolağı yaradılıb
Turistlərin sevimli şəhərinə çevrilmiş paytaxt Bakı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər