Azərbaycanın “İrəvanın gizli irsi” filmi nüfuzlu kinofestivalın nominantları siyahısına daxil edilib
Azərbaycanın beynəlxalq televiziya kanalı CBC-nin filmi Amsterdamda keçirilən nüfuzlu kinofestivalın nominantları siyahısına daxil edilib.
“Far.Az”un məlumatına görə, söhbət CBC telekanalının baş direktoru Vüqar Xəlilovun rəhbərliyi ilə ərsəyə gələn “İrəvanın gizli irsi” filmindən gedir.
“Onilliklər ərzində Ermənistan sistematik olaraq Azərbaycan irsini silməyə, İrəvanın qurucularını və keçmiş sakinlərini unutdurmağa, azərbaycanlılar haqqında hər hansı bir qeydi məhv etməyə çalışıb”, - filmdə qeyd olunur.
CBC telekanalının çəkiliş qrupu İrəvanda olub, vaxtilə azərbaycanlıların kompakt yaşadığı məhəllələrə baş çəkib.
O cümlədən vaxtilə Təpəbaşı məscidinin yerləşdiyi və hazırda erməni ailələrinin məskunlaşdığı ərazidə çəkilişlər aparılıb. Müəyyən edilib ki, fransız və amerikalı investorlar məscidin qalıqlarını əvvəllər azərbaycanlıların yaşadıqları məhəllə ilə birlikdə sökməyi planlaşdırırlar.
Telekanalın çəkiliş qrupu həmçinin Pənahəli Xanın oğlu Əlixanın evində olub, İrəvan şəhərinin yaxınlığında yerləşən Cəfərabad kəndindəki Pir Hüseyn türbəsinə baş çəkib, Göy məscidin daxilində və xaricində çəkilişlər aparıb.
Qeyd edək ki, “Around” beynəlxalq film festivalı (Around International Film Festival, ARFF) IMDb mükafatlarına namizəd olan bədii filmlər, sənədli filmlər və qısametrajlı filmlərin təqdim edildiyi müstəqil illik tədbirdir.
Oxşar xəbərlər
Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin işgüzar dairələrin nümayəndələri ilə görüşü keçirilib - YENİLƏNİB - 2
Alim: Füzulinin qəbrini Azərbaycana gətirsək, ruhu narahat olar - MÜSAHİBƏ
Səfir: Qərb demokratiyası və parlamentarizm heç də ədalət və obyektivliyin sinonimi deyil - MÜSAHİBƏ
Forpostun beş adaxlısı - FOTO - TƏHLİL
Allahverdi Əsədov: Qarabağ müharibəsindən çəkdiyim kasetlər məhv olmaq üzrədir, yiyə duran yoxdur - MÜSAHİBƏ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
20 ballıq cərimə limiti artırılır?
-
SOCAR-ın prezidenti: "Etibarlı təchizat mənbələrinə tələbat yaxın illərdə daha da artacaq"
-
İtaliya sahillərində 6,1 maqnitudada zəlzələ olub
-
"Hizbullah" Livanın bütün ərazisində atəşkəsə razılıq verib
-
Bakı Enerji Forumuna bu gün yekun vurulur
-
Neftimizin qiyməti 104 dolları keçib













