Əl Hayya: HƏMAS komandirini öldürülməsi atəşkəsi təhlükə altına qoyur
İsrail hərbçilərinin yüksək rütbəli komandiri öldürməsi Qəzza sektorunda atəşkəs rejimini təhlükə altına qoyur.
"Far.Az" "Reuters"ə istinadən xəbər verir ki, bunu HƏMAS-ın danışıqlar qrupunun rəhbəri Xəlil Əl Hayya televiziya müraciətində söyləyib.
Əl Hayya bir gün əvvəl İsrailin hava zərbəsi nəticəsində qrupun yüksək rütbəli komandiri Raed Saadın həlak olduğunu təsdiqləyib.
Bildirilir ki, bu, ABŞ-nin dəstəyi ilə oktyabrda qüvvəyə minmiş atəşkəs razılaşmasından bəri HƏMAS-ın yüksək səviyyəli nümayəndəsinin ən səs-küylü qətli olub.
"İsrailin atəşkəsi davamlı şəkildə pozması və Saadla yanaşı başqalarına qarşı son qətllər razılaşmanın davamlılığını təhlükə altına salır. Biz vasitəçiləri, xüsusilə ABŞ administrasiyasını və Donald Trampı İsraili atəşkəs qorumağa məcbur etmək üçün fəaliyyət göstərməyə çağırırıq", - Əl Hayya vurğulayıb.
O, həmçinin BMT-nin beynəlxalq sabitləşdirmə qüvvələrinin Qəzzada yerləşdirilməsi ilə bağlı ehtimallara münasibət bildirib: "Beynəlxalq qüvvələrin rolu yalnız atəşkəsin qorunması və tərəflərin Qəzza sərhədləri boyunca ayrılması ilə məhdudlaşmalıdır. Bu, anklav daxilində hər hansı müdaxilə olmadan həyata keçirilməlidir".
Oxşar xəbərlər
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
IAA ilə Azərbaycanın avtomobil bazarı yeni mərhələyə qədəm qoyur
Türkiyədə Azərbaycan hərbçilərinin iştirakı ilə keçirilən kurs başa çatıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bərdədə yeni ailə quran qadın öldü: Ailəsi şübhəli məqamların olduğunu iddia edir
-
Qazaxıstanda yerli nümayəndəlik orqanlarına növbədənkənar seçkilər keçiriləcək
-
"Alaves" "Real"ın 10 matçlıq qələbə seriyasına son qoyub
-
"Mançester Yunayted" antirekord müəyyənləşdirib
-
İspaniyada növbədənkənar parlament seçkiləri keçiriləcək
-
The Washington Post: İran ABŞ qüvvələrinə qarşı əməliyyatlarda Maskın Starlink sistemindən istifadə edib













