KİV: Hindistanda yəhudilərə qarşı terror aktlarına hazırlıq gedir
Far.Az xəbər saytı

KİV: Hindistanda yəhudilərə qarşı terror aktlarına hazırlıq gedir


Hindistan xüsusi xidmət orqanları Hanuka bayramı dövründə yəhudi obyektlərinə qarşı mümkün terror aktları şübhəsi səbəbindən yüksək hazırlıq səviyyəsi elan ediblər.

"Report" xəbər verir ki, bu barədə "The Times of Israel" qəzeti Hindistan mənbələrinə istinadən məlumat yayıb.

Hindistan kəşfiyyatının məlumatına görə, terror qruplaşmaları Dehli, Banqalor və Mumbayda hücumlar təşkil etmək niyyətindədirlər.

"Mənbələr vurğulayır ki, təhdidlər son dərəcə ciddi qiymətləndirilir və bir sıra yerlərdə təhlükəsizlik tədbirləri əhəmiyyətli dərəcədə gücləndirilib", - qəzet qeyd edib.

Qeyd edək ki, Sidneydə törədilən terror aktında ölənlərin sayı 16 nəfərə çatıb. Daha 38 nəfər xəstəxanadadır, onlardan 7-sinin vəziyyəti kritik qiymətləndirilir. Avstraliya polisi güman edir ki, terror hücumunun icraçılarından biri İŞİD terror qruplaşması ilə əlaqəlidir.

Oxşar xəbərlər

Məşhurlardan 29 Oktyabr – Cümhuriyyət bayramı PAYLAŞIMLARI
Bu ölkədə seldən ölənlərin sayı 64-ə yüksəldi
Sidneydə terror aktında ölənlərin sayı 16-ya çatıb - YENİLƏNİB-4
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər