Belarus ABŞ ilə razılaşdı, Nobel Sülh Mükafatı laureatı azadlığa buraxıldı
Belarus hakimiyyəti ABŞ-lə əldə olunan razılaşma çərçivəsində 2022-ci il Nobel Sülh Mükafatı laureatı, hüquq müdafiəçisi Ales Byalyatskini azadlığa buraxıb. Ümumilikdə 123 məhbusun əfv edildiyi bildirilir.
Far.Az xəbər verir ki, azadlığa buraxılanlar arasında Belarus müxalifətinin tanınmış simalarından Mariya Kolesnikova və sabiq prezidentliyə namizəd Viktor Babaryko da yer alır. Məlumata görə, bu addım ABŞ-nin Belarusun potaş (kalium) sənayesinə tətbiq etdiyi bəzi sanksiyaları aradan qaldırmasından sonra atılıb.
ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Con Koul Minskdə aparılan danışıqlardan sonra münasibətlərin normallaşması halında əlavə sanksiyaların da ləğv edilə biləcəyini açıqlayıb.
Belarus rəhbərliyi bu qərarın ölkənin beynəlxalq arenada qismən də olsa, izoliyasiyadan çıxmasına töhfə verəcəyini bildirir. Azad edilən məhbusların əksəriyyətinin Ukraynaya göndərildiyi qeyd olunur.
Oxşar xəbərlər
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Ət əvəzinə hamı balıq alır - Bazarda SON QİYMƏTLƏR
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Con Koul: Belarus yaxın aylarda daha min məhkumu azad edə bilər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Almaniyada məlumat sızıntısına görə "Deutsche Bank" barəsində araşdırma başladılıb
-
Macarıstan Xorvatiya vasitəsilə neft tədarükünə dair danışıqlara başlayıb
-
Böyük Britaniya Ukraynaya mindən çox uzaqmənzilli dron verəcək
-
General Natiq Əliyevin qızı ilə bağlı qərar verildi
-
AzTV-də yeni dövr başlayır: Televiziyada nələr dəyişəcək?
-
Azərbaycanda ağır qəza - Ölənlərin sayı artır: Həlak olan ata və azyaşlı qızının fotosu













