AQTA rəsmisi: Elektron siqretlərdəki formaldehidin həcmi təhlükəli işlərdə olduğundan 20 dəfə çoxdur
Elektron siqretlər vasitəsi ilə orqanizmə gedən formaldehidin (formaldehid - kimyəvi maddə-red.) həcmi təhlükəli işlərdə olduğundan 20 dəfə çoxdur.
"Report" xəbər verir ki, bunu Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Qida təhlükəsizliyi şöbəsinin müdiri Validə Sadıxova Milli Məclisin Aqrar siyasət, İqtisadi siyasət, sənaye və sahibkarlıq, Əmək və sosial siyasət komotələrinin birgə iclasında deyib.
O bildirib ki, Agentliyin araşdırmalarına görə, orta elektron siqaretlərin tərkibi, onların tankerlərinin həcmi 2 ml-dən 20 ml-ə qədər fərqlənir:
"Ən minimalını götürək – 2 ml-lik. Bu, təxminən 600 "vape" nəfəsi deməkdir. Yəni 600 dəfə o elektron siqaretdən nəfəs almağı təqlid etmək üçündür. Elmi məlumatlar deyir ki, bir nəfəs zamanı orqanizmə gedən formaldehidin həcmi 1 mikroqramdır. Bir oturuşumda təxminən 60 nəfəsdən istifadə olunduğu nəzərə alınsa, bir cihaz ortalama 10 dəfə, hər dəfəsində də 60 nəfəs istifadə oluna bilər. Bir "vape" nəfəsi təxminən 50-70 ml hava deməkdir. Biz normal tənəffüs vaxtı bundan 10 dəfə artıq nəfəs alırıq. Amma cihazdan alırıqsa, bu bizim ağız boşluğumuzun həcmi ilə məhdudlaşır".
AQTA təmsilçisi qeyd edib ki, elektron siqaretdəın bir oturuşumda 60 nəfəs alındıqda, formaldehidin orqanizmimizə daxil olma miqdarı 18,8 milliqramdır:
"Bunu Beynəlxalq Əməyin Təhlükəsizliyi Agentliyinin icazə verdiyi limitlərlə müqayisə etsək, orada bildirilib ki, hətta təhlükəli yerdə, kimyəvi formaldehidin mühitində adam 8 saat işləyirsə, orada formaldehidin həddi bir kub metr havada 0,9-u keçməməlidir. Bizim hesabladığımız miqdar bundan 20 dəfə, Ümumdünya Səhiyyə Təşkilatının müəyyənləşdirdiyi miqdar isə 50 dəfə çoxdur".
V.Sadıxova bildirib ki, bu ilin məlumatına əsasən, dünyada 100 milyondan artıq insan elektron siqaretdən istifadə edir:
"Bunlardan 15 milyonu 14-18 yaş arası yeniyetmələrdir. Burada digər narahatedici məqam odur ki, böyüklərlə müqayisədə yeniyetmələr elektron siqaretdən 9 dəfə çox istifadə edirlər. Bu, çox ciddi rəqəmdir".
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Əmək və Sosial Münasibətlər Akademiyasında COP29-a həsr edilən elmi nəşrin təqdimatı olub
"Şəhər İçində Şəhər" – Gəncə Park City: Gəncənin yeni nəfəsi, gələcəyin şəhəri
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Deputat: Azərbaycanın suverenliyi heç vaxt müzakirə mövzusu ola bilməz
-
İrançılıq düşüncəsinin paradoksları
-
Lerikdə Hamarmeşə–Bibiyani yolu yenidən qurulur
-
İcra hakimiyyətindəki korrupsiya işində yeni qərar: Sabiq məmura cəza verildi
-
Azərbaycan və Qazaxıstan yeni rəqəmsal marşrutu bu ay istifadəyə verməyi planlaşdırır
-
Tramp: Ukraynadakı müharibə sona yaxınlaşır













