Tramp Venesuelaya zərbə endirmək üçün Konqresin təsdiqinə ehtiyac olmadığını bildirib
Far.Az xəbər saytı

Tramp Venesuelaya zərbə endirmək üçün Konqresin təsdiqinə ehtiyac olmadığını bildirib


ABŞ Prezidenti Donald Tramp deyib ki, onun administrasiyası narkotik kartelləri ilə əlaqəli Venesuelada yerüstü hədəflərə mümkün zərbələr üçün Konqresdən icazə istəməməlidir.

"Report" xəbər verir ki, Amerika lideri bu barədə Ağ Evdə danışıb.

"Mən onlara deməli deyiləm. Bu sübut olunub. Sadəcə ümid edirəm ki, onların sonunda heç bir sızma olmayacaq",- deyən Tramp amerikalı qanunvericilərin ABŞ-ın Venesuela ilə bağlı planları barədə məlumatı jurnalistlərə açıqlaması ehtimalına toxunub.

O, ABŞ siyasətçilərinin bu cür hərəkətlərə meylli olduğunu etiraf edib.

Tramp əvvəllər də dəfələrlə bəyan edib ki, ABŞ Venesuela da daxil olmaqla narkotik kartelləri ilə mübarizə üçün Latın Amerikasındakı quru hədəflərinə zərbələr endirmək niyyətindədir. Amerika lideri iddia edib ki, Vaşinqtonda regionda narkotik ticarəti marşrutları haqqında ətraflı məlumat var.

Oxşar xəbərlər

Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Azərbaycan Prezidenti İlham Əliyev "Əl-Ərəbiyyə" telekanalına müsahibə verib
ABŞ Latın Amerikasındakı narkotik kartellərinə qarşı quru hücumlarına başlayacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər