Avstraliya polisi terror aktı planlaşdırdığı güman edilən 7 nəfəri həbs edib
Far.Az xəbər saytı

Avstraliya polisi terror aktı planlaşdırdığı güman edilən 7 nəfəri həbs edib


Avstraliya polisi Sidneyin cənub-qərb kənarında terror aktı planlaşdırmaqda şübhəli bilinən 7 nəfəri həbs edib.

"Report" xəbər verir ki, bu barədə ABC radiosu Yeni Cənubi Uels Polis Departamentindəki mənbəyə istinadən məlumat yayıb.

Müstəntiqlər hesab ediblər ki, cümə axşamı həbs olunan və qonşu Viktoriya ştatından Sidneyə gələn şəxslər ekstremist İslam ideologiyasını dəstəkləyir və zorakılıq aktı planlaşdırmış ola bilərlər.

Ştat polis komissarının müavini Devid Hudson bildirib ki, kişilərin axtarışı zamanı onların üzərində tapılan yeganə silah bıçaq olub: "Bizim bəzi məlumatlarımız var ki, onlar Bondi çimərliyinə səfər etmək niyyətindədirlər. Odur ki, onları saxlamağa qərar verdik, çünki keçən bazar Sidneydə törədilən vəhşiliklərdən sonra heç bir riskə getməyəcəyik və onların nə edə biləcəyini gözləməyəcəyik".

Oxşar xəbərlər

Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
AFFA rəhbərliyi cənub bölgəsinə səfər edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Zorakılıq qurbanlarını necə mühafizə edək? - ARAŞDIRMA
Leyla Əliyeva və Arzu Əliyeva Qaxda Axar-Baxar Milli Parkının açılış mərasimində iştirak ediblər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər