Polis kredit götürmək istəyənə qarşı dələduzluq edən şəxsi saxlayıb
Far.Az xəbər saytı

Polis kredit götürmək istəyənə qarşı dələduzluq edən şəxsi saxlayıb


Nəsimi rayonu ərazisində kredit götürmək istəyən qadın dələduzluqla üzləşib.

Far.Az xəbər verir ki, zərərçəkən əlaqə yaratdığı naməlum şəxsə müraciət edərək bankların birindən kredit götürməsi üçün ona köməklik göstərməsini istəyib. O, 11 min manat kredit vəsaitinin ayrılması üçün qarşı tərəfin bank kartına 2000 manat pul göndərsə də, vəd edilən krediti götürə bilməyib.

Nəsimi rayonunda polis tərəfindən keçirilən tədbirlə əməli törədən, əvvəllər dəfələrlə məhkum olunmuş C.Əzimov müəyyən edilərək saxlanılıb.

Araşdırma zamanı məlum olub ki, C.Əzimov pul köçürülməsi zamanı öz əməllərini ört-basdır etmək üçün dostuna məxsus kart hesabından istifadə edib.

Araşdırma aparılır.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Mərkəzi Bank tərəfindən media nümayəndələri üçün "Kapital bazarlarının əsasları" mövzusunda təlim keçirilib
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər