Rusiya Ukraynanın İzyum şəhərinə zərbə endirib, iki nəfər həlak olub
Far.Az xəbər saytı

Rusiya Ukraynanın İzyum şəhərinə zərbə endirib, iki nəfər həlak olub


Rusiyanın Ukraynanın Xarkov vilayətinin İzyum şəhərinə endirdiyi zərbə nəticəsində iki nəfər həlak olub.

"Far.Az" xəbər verir ki, bu barədə Xarkov Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleg Sinequbov öz teleqram kanalında yazıb.

"İzyuma düşmən aviazərbəsi nəticəsində iki nəfər həlak olub. Dəqiqləşdirilmiş məlumata görə, 60 yaşlı bir qadın da xəsarət alıb", - o qeyd edib.

İlkin məlumata əsasən, şəhərə dörd aviasiya bombası atılıb.

Şəhər Hərbi Administrasiyasının rəhbəri Sergey Fedçenkonun sözlərinə görə, ilkin olaraq üç çoxmərtəbəli bina zədələnib, həmçinin fərdi yaşayış sektoru da zərər görüb. Şəhərdə elektrik enerjisi qismən kəsilib.

Oxşar xəbərlər

Balıkesirdəki zəlzələ zamanı 25 bina zərər görüb
Yasamalda bina təhlükə altındadır: Sakinlər ölüm qorxusu ilə yaşayırlar
Nazir Vilayət Eyvazov Sumqayıtda vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib
Növbəti köç karvanı Kəlbəcər şəhərinə çatıb
Azərbaycanda Energetiklər Günü qeyd olunur

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər