Hondurasda avtobus dərəyə aşıb, doqquz nəfər ölüb
Far.Az xəbər saytı

Hondurasda avtobus dərəyə aşıb, doqquz nəfər ölüb


Hondurasda pikapla toqquşduqdan sonra sərnişin avtobusunun dərəyə yuvarlanması nəticəsində azı doqquz nəfər ölüb, 28 nəfər xəsarət alıb.

"Far.Az" xəbər verir ki, bu barədə "Reuters" agentliyi ölkənin yanğınsöndürmə xidmətinə istinadən məlumat yayıb.

Ölənlər arasında avtobusun sürücüsü, üç kişi və beş qadın var.

Xilasedicilərdən birinin sözlərinə görə, avtobus dərəyə yuvarlanarkən bəzi sərnişinlər avtobusdan kənara düşüblər.

"Transporte Carolina" nəqliyyat şirkətinin avtobusu ölkənin paytaxtı Tequsiqalpadan La-Esperansa şəhərinə hərəkət edirmiş.

Qəzanın səbəbi bəlli deyil.

Oxşar xəbərlər

Naxçıvan-Bakı sərnişin avtobusu dərəyə aşıb, 16 nəfər xəsarət alıb
"Qarabağ" futbolçuları İtaliyaya yola düşüblər
Növbəti köç karvanı Kəlbəcər şəhərinə çatıb
Anar Rzayev: "2030-cu ildə Bakıda nəqliyyat sıxlığı ciddi azalacaq" – MÜSAHİBƏ
Anar Rzayev: "2030-cu ildə Bakıda nəqliyyat sıxlığı ciddi azalacaq"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər