Tailand Kamboca ilə sərhəddə şiddətli döyüşlərin davam etdiyini bildirib
Tailandın quru qüvvələri iki ölkənin sərhədindəki əsas nöqtələrdə, o cümlədən ölkənin Sisaket əyalətində Kamboca Ordusuna qarşı aktiv döyüşlərin davam etdiyini bildirib.
"Far.Az"un məlumatına görə, bu barədə şənbə günü "Bangkok Post" qəzeti xəbər verib.
Qeyd olunur ki, Kamboca hərbçiləri bir neçə ərazidə artilleriya zərbələri endirməyə və zirehli texnikadan istifadə etməyə davam edir. Bundan əlavə, gecə ərzində Tailandın mövqeləri üzərində zərbə dronları da daxil olmaqla, PUA dəstələri müşahidə olunub.
Tailand tərəfinin məlumatına görə, Kamboca qoşunları Surin əyalətində möhkəmlənməyə çalışıb və Ta Kvay məbəd kompleksinin xarabalıqları yaxınlığında Tailand əsgərlərinə atəş açıb; Tailand Ordusu cavab atəşi açıb. Tailandlılar əvvəllər bu məbədin yaxınlığında strateji əhəmiyyətli yüksəkliyi ələ keçirmişdilər.
Xatırladaq ki, Tailand-Kamboca sərhədində 7 dekabrda yenidən toqquşmalar baş verib. Kambocanın Müdafiə Nazirliyinin məlumatına görə, əvvəlcə Tailand hərbçiləri atəş açıb. Banqkok bunun əksini iddia edir. 800 mindən çox insan evlərini tərk etmək məcburiyyətində qalıb; azı 38 nəfərin öldüyü bildirilir.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Yevlax Olimpiya İdman Kompleksinin açılışında iştirak edib
Prezident Gəncə Memorial Kompleksinin açılışında iştirak edib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Kamboca ilə sərhəddəki döyüşlərdə həlak olan Tailand hərbçilərinin sayı 19-a çatıb
Tailandın Kamboca ilə sərhəddə toqquşmalarda ölən hərbçilərinin sayı 21-ə çatıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bərdədə yeni ailə quran qadın öldü: Ailəsi şübhəli məqamların olduğunu iddia edir
-
Qazaxıstanda yerli nümayəndəlik orqanlarına növbədənkənar seçkilər keçiriləcək
-
"Alaves" "Real"ın 10 matçlıq qələbə seriyasına son qoyub
-
"Mercedes-Benz" işçilərinə könüllü işdən ayrılmaq üçün 422 min avroyadək təzminat təklif edəcək
-
"Mançester Yunayted" antirekord müəyyənləşdirib
-
İspaniyada növbədənkənar parlament seçkiləri keçiriləcək













