Livanın Baş naziri: "Hizbullah"ın tərk-silah olunmasının birinci mərhələsi tezliklə başa çatacaq
Livanın Əl-Litani çayından cənuba doğru bütün qeyri-hökumət qüvvələrinin silahlarının müsadirəsinin birinci mərhələsi tezliklə başa çatacaq.
"Report" LBCI telekanalına istinadən xəbər verir ki, bu barədə Livanın Baş naziri Nəvaf Salam bildirib.
Salam qeyd edib ki, silahların yalnız Livan dövlətinin əlində saxlanılması planının ilk mərhələsi bir neçə gün sonra başa çatacaq.
Baş nazirin sözlərinə görə, bundan sonra Əl-Litanidən şimala doğru təhlükəsizliyin təmin edilməsini nəzərdə tutan əməliyyatın ikinci fazası başlayacaq.
Regional mətbuat daha əvvəl qeyd edib ki, plan çərçivəsində hakimiyyət İsraillə həmsərhəd olan Livanın cənub rayonlarında "Hizbullah" hərəkatını tərk-silah etməlidir.
"Hizbullah" lideri Naim Qasem isə noyabrda hərəkatın silahdan imtina etmək niyyətində olmadığını bildirib və hökuməti Livanın cənubunda İsrailin hərbi iştirakına son qoymağa çağırıb.
Noyabr ayında ABŞ hərəkatın maliyyə və hərbi imkanlarını azaltmaq istiqamətində tədbirlər görmək üçün Beyruta iki ay vaxt verib.
Oxşar xəbərlər
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Naim Qasem: "Hizbullah" İsrailin şərtlərini qəbul etməyəcək və ABŞ-yə təslim olmayacaq
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Naim Qasem: "Hizbulllah" İsrailin şərtlərini qəbul etməyəcək və ABŞ-yə təslim olmayacaq
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bərdədə yeni ailə quran qadın öldü: Ailəsi şübhəli məqamların olduğunu iddia edir
-
Qazaxıstanda yerli nümayəndəlik orqanlarına növbədənkənar seçkilər keçiriləcək
-
"Alaves" "Real"ın 10 matçlıq qələbə seriyasına son qoyub
-
"Mercedes-Benz" işçilərinə könüllü işdən ayrılmaq üçün 422 min avroyadək təzminat təklif edəcək
-
"Mançester Yunayted" antirekord müəyyənləşdirib
-
İspaniyada növbədənkənar parlament seçkiləri keçiriləcək













