Zelenski ərazilər haqqında: Durduğumuz yerdə dayanırıq
Far.Az xəbər saytı

Zelenski ərazilər haqqında: Durduğumuz yerdə dayanırıq


Ukrayna üçün danışıqlarda ərazi məsələsi ilə bağlı yeganə ədalətli mövqe "durduğumuz yerdə dayanırıq" prinsipidir.

"Report" xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski şənbə günü jurnalistlərlə onlayn ünsiyyət zamanı bildirib.

O izah edib ki, hazırkı cəbhə xəttində dayanmaq Rusiya qoşunlarının Donbasın müvəqqəti işğal olunmuş ərazilərində qalması deməkdir və Ukrayna bölgənin hazırda nəzarət etdiyi hissələri qoruyacaq. Müvəqqəti işğal olunmuş ərazilər yalnız diplomatik yolla qaytarılmalı olacaq.

"Bu gün ədalətli variant mümkündür: biz ölkəmizin istənilən bölgəsində təmas xətti olan yerdə dayanırıq. Bunlar prinsipial məsələlərdir. İstənilən formatda, hətta bu məsələyə yanaşmasaq belə, Ukrayna hakimiyyətinin bu gün nəzarət etdiyimiz Donbas hissəsinə nəzarət etməsi bizim üçün vacibdir. Məncə, bu, ədalətlidir", - Zelenski qeyd edib.

Oxşar xəbərlər

Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Sumqayıt şəhərini Saray körpüsü ilə birləşdirən yolla bağlı son vəziyyət
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev "Əl-Ərəbiyyə" telekanalına müsahibə verib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər