İndoneziyada avtobus qəzasında 16 nəfər ölüb
Far.Az xəbər saytı

İndoneziyada avtobus qəzasında 16 nəfər ölüb


İndoneziyanın Semaranq şəhəri yaxınlığında avtobusun iştirakı ilə baş verən yol-nəqliyyat hadisəsi nəticəsində azı 16 nəfər həlak olub, daha 18 nəfər xəsarət alıb.

"Far.Az"un məlumatına görə, bu barədə dairənin axtarış-xilasetmə xidmətinin rəhbəri "Kompas" nəşrinin "YouTube" kanalının efirində məlumat verib.

"Son məlumatlara görə, ölənlərin sayı artıb, qəzada xəsarət alanlardan biri xəstəxanaya çatdırıldıqdan sonra dünyasını dəyişib", - deyə o dəqiqləşdirib.

Axtarış-xilasetmə xidmətinin rəhbəri əlavə edib ki, avtobus Cakartadan Cokyakartaya yüksək sürətlə hərəkət edirmiş, nəticədə yol kənarındakı maneəyə çırpılaraq aşıb. Qəzada xəsarət alanlar xəstəxanalara yerləşdiriliblər və hazırda həkim nəzarətindədirlər.

Oxşar xəbərlər

Mingəçevirdə qəza zamanı xilasetmə əməliyyatlarına dair təlim keçirilib
Şəhid analarının iştirakı ilə Vətən müharibəsində Zəfərin 5 illiyinə həsr olunmuş tədbir keçirilib
Naxçıvan-Bakı sərnişin avtobusu dərəyə aşıb, 16 nəfər xəsarət alıb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər