Niderlandda avtomobil bayram şousunun izləyicilərinə çırpılıb, 9 nəfər xəsarət alıb
Niderlandın Gelderland əyalətinin Nyunspet şəhərində bayram şousu zamanı avtomobilin izdihama çırpılması nəticəsində azı doqquz nəfər xəsarət alıb.
"Report"un xəbərinə görə, bu barədə yerli RTL telekanalı məlumat yayıb.
Məlumata görə, avtomobilin sürücüsü 56 yaşlı qadın yerli sakindir, hadisə zamanı o özü də yüngül xəsarətlər alıb və saxlanılıb.
Hadisənin əvvəlcədən planlaşdırılmasına dair hər hansı qanun pozuntusu əlaməti aşkarlanmayıb. Ərazidə təcili yardım xidmətlərinin əməkdaşları işləyir.
"Doqquz nəfər yaralanıb, onlardan üçünün vəziyyəti ağırdır. Hadisənin qəsdən törədilməsinin əlamətləri aşkarlanmayıb, lakin polis araşdırma aparır", - Gelderlandın hüquq-mühafizə orqanları "X" sosial media platformasında verdiyi açıqlamada bildirib.
Hadisə yerli vaxtla saat 18:45 radələrində (Bakı vaxtı ilə saat 21:45) bayram şousunun başlanması zamanı baş verib. Tamaşaçılar yolun kənarlarında bəzədilmiş kənd təsərrüfatı texnikası karvanının təntənəli keçidini gözləyirdilər.
Yaralıların hamısı xəstəxanaya yerləşdirilib, polis qəza yerini araşdırır. Şəhər rəhbərliyi şənliklərin vaxtından əvvəl dayandırıldığını elan edib.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Niderlandın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
"Global Media Group" Media Akademiyasının təlim proqramına start verilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
FHN-in Dövlət Yanğından Mühafizə Xidməti növbəti "açıq qapı günü" tədbirləri keçirib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bərdədə yeni ailə quran qadın öldü: Ailəsi şübhəli məqamların olduğunu iddia edir
-
Qazaxıstanda yerli nümayəndəlik orqanlarına növbədənkənar seçkilər keçiriləcək
-
"Alaves" "Real"ın 10 matçlıq qələbə seriyasına son qoyub
-
"Mercedes-Benz" işçilərinə könüllü işdən ayrılmaq üçün 422 min avroyadək təzminat təklif edəcək
-
"Mançester Yunayted" antirekord müəyyənləşdirib
-
İspaniyada növbədənkənar parlament seçkiləri keçiriləcək













