AZAL-ın vitse-prezidenti: "Təyyarə Qroznı hava limanına yaxınlaşan zaman, havada qeyri-qanuni fiziki müdaxilə baş verib"
İlkin hesabat göstərib ki, təyyarə Qroznı hava limanına yaxınlaşan zaman, ona qarşı qeyri-qanuni fiziki müdaxilə baş verib.
"Far.Az" xəbər verir ki, bunu "Azərbaycan Hava Yolları" QSC (AZAL) vitse-prezidenti İlham Əmirov J2-8243 reysinin anımına həsr olunmuş poçt markasının təqdimat mərasimində bildirib.
Onun sözlərinə görə, hazırda bu hadisənin istintaqı davam edir: "Qazaxıstanda dövlət komissiyası yaradılıb. Mövcud beynəlxalq qanunlarda, o cümlədən "Çikaqo" konvensiyasında belə hadisələrin təhlili standartları və tələbləri göstərilib. Bunlara uyğun olaraq, hadisə baş verdiyi andan bir ay ərzində yaranmış komissiya ilkin hesabat verməlidir. Bu hesabat artıq bu ilin yanvarın sonunda Qazaxıstanda yaranmış dövlət komissiyası tərəfindən dərc olunub. Ancaq bu tam hesabat deyil. Tam hesabat hazırlanıb başa çatmayıb, komissiya öz işini davam etdirir".
O əlavə edib ki, ilkin hesabat bu qısa faktları özündə əks etdirir: "Yəni həmin hesabatda təyyarə, sərnişinlərin sayı, sərnişinlərin neçəsinin sağ qalması, neçəsinin həlak olması və sair kimi faktlar əks olunub. İlkin hesabatla təsdiq olunub ki, təyyarə Qroznı hava limanına yaxınlaşan zaman, havada olarkən qeyri-qanuni fiziki müdaxilə baş verib".
Oxşar xəbərlər
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Leyla Əliyeva və Arzu Əliyeva Qaxda Axar-Baxar Milli Parkının açılış mərasimində iştirak ediblər
"Azərbaycan dilini öyrənirik" kitabının təqdimat mərasimi olub
İlham Əliyev Daşkənddə "Gələcəyin İrsi" Beynəlxalq Mükafatının təqdimat mərasimində iştirak edib
Şəhid analarının iştirakı ilə Vətən müharibəsində Zəfərin 5 illiyinə həsr olunmuş tədbir keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əraqçi: İran zənginləşdirilmiş uranı ölkədən çıxarmaq niyyətində deyil
-
Nasdaq indeksi 5,28 % geriləyib, şirkətlərin bazar dəyəri 4 trilyon dollar azalıb
-
Peruda güclü zəlzələ olub
-
Pentaqon rəhbəri ABŞ-ın Kanada ilə hərbi əməkdaşlığını məhdudlaşdırıb
-
İrandan qaçaqmalçılıq yolu ilə gətirilən güclü təsiredici dərmanlar aptekdə satılıb, saxlanılanlar var
-
Prezident İlham Əliyev gürcüstanlı həmkarına başsağlığı verib













