AZAL təyyarə qəzası üzrə istintaqın müddətinə aydınlıq gətirib
Far.Az xəbər saytı

AZAL təyyarə qəzası üzrə istintaqın müddətinə aydınlıq gətirib


"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) Bakıdan Qroznıya reys həyata keçirərkən qəzaya uğramış təyyarə qəzası ilə bağlı təhqiqatlar illərlə davam edə bilər.

BAKU.WS xəbər verir ki, bunu AZAL-ın vitse-prezidenti İlham Əmirov jurnalistlərə açıqlamasında bildirib.

"Qazaxıstan dövlət komissiyasının tam hesabatına gəlincə, adətən beynəlxalq qanunlar dünyanın istənilən nöqtəsində baş vermiş qəzalarla əlaqədar tənzimləyici sənədlərdə qeyd edirlər ki, hadisə baş verdikdən sonra bir il ərzində təhqiqatın başa çatması tövsiyə olunur. Burada şərt qoyulmur, tövsiyə olunur. Çünki bunun nəticələri olduqca vacib bir əhəmiyyət daşıyır. Bunu sonradan bütün dünya aviasiya qurumlarına yayırlar ki, belə hadisələr bir də gələcəkdə baş verməsin", - deyə İ. Əmirov bildirib.

O qeyd edib ki, qəza hadisələri ilə bağlı təhqiqatlar əgər buna ehtiyac varsa illərlə davam edə bilər: "Məsələn, hər hansı bir təhqiqat gedirsə, təyyarənin bir hissəsini, cihazını, aqreqatını təhlil etmək üçün müəyyən institutlarda ona "açılış" edib baxırlar. Bu çox zaman apara bilər. Amma adətən tövsiyə olunur ki, qəzanın araşdırması bir ilə başa çatdırılsın. Məhdudiyyət qoyulmur ki, yaranmış təhqiqat komissiyası o vaxt məhdudiyyətinin təsirindən hər hansı bir qeyri-obyektivliyə yol verə bilər. Buna görə də beynəlxalq standart məhdudiyyət qoymayıb".

Oxşar xəbərlər

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Londonda yüksəksəviyyəli iqlim dialoqunda iştirak edib
Birinci vitse-prezident Mehriban Əliyeva Roma Papası XIV Leo ilə görüşüb
Gələcəyə ümidlə baxan uşaqların sağlamlıq arzusu burada gerçəkləşə bilər
Birinci vitse-prezident Mehriban Əliyeva Müqəddəs Pavel Bazilikasının baş keşişi ilə görüşüb
AZAL-ın Baş Kommersiya İnzibatçısı: “Bilet qiyməti heç də hər zaman aviaşirkətdən asılı deyil”-MÜSAHİBƏ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər