Azərbaycan ilə Türkiyə arasında beynəlxalq yükdaşımalarda "e-Permit" sistemi tətbiq olunacaq
Far.Az xəbər saytı

Azərbaycan ilə Türkiyə arasında beynəlxalq yükdaşımalarda "e-Permit" sistemi tətbiq olunacaq


Azərbaycan Türkiyə ilə "e-Permit" - elektron icazə blankının tətbiqi sistemi üzərində işləri tamamlayıb.

"Report" xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov II Azərbaycan-Türkiyə İnvestisiya Forumunda deyib.

Onun sözlərinə görə, Azərbaycan artıq növbəti ildən bütün yükdaşımalar üzrə icazələrin "e-Permit" vasitəsilə verilməsinə hazır olacaq:

"Azərbaycan ilə Türkiyə arasında sıx və koordinasiyalı əməkdaşlıq, ortaq siyasi iradə və strateji baxış, praktiki fəaliyyətlər ölkələrimizə rəqabətqabiliyyətli və dayanıqlı nəqliyyat və loqistika imkanları ilə birləşdirir. İnanırıq ki, bu, nəticədə bütün sahələrdə əməkdaşlığın daha da genişləndirilməsinə imkan verəcək".

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər