Çin ABŞ-ni nüvə tərk-silahı ilə bağlı nümunə olmağa çağırıb
Far.Az xəbər saytı

Çin ABŞ-ni nüvə tərk-silahı ilə bağlı nümunə olmağa çağırıb


ABŞ digər ölkələrin nüvə tərk-silahı üçün şərait yaratmalıdır.

"Report"un "İnterfaks"a istinadən məlumatına görə, bu barədə Çin Xarici İşlər Nazirliyinin (XİN) nümayəndəsi Lin Tszyan bildirib.

"ABŞ böyük nüvə arsenalına malik ölkə olaraq nüvə tərk-silahında xüsusi məsuliyyət nümayiş etdirməlidir. Eyni zamanda, nüvə silahına sahib olan digər ölkələrin tərk-silah prosesinə qoşulması üçün şərait yaratmalıdır", - XİN nümayəndəsi qeyd edib.

L.Tszyan həmçinin qeyd edib ki, Çinin son zamanlarda 100-dən çox qitələrarası ballistik raketi yerləşdirməsi barədə Vaşinqtonun iddiaları qlobal sabitliyi sarsıdır və bu davranış ABŞ nüvə qüvvələrinin modernləşdirilməsi üçün bir bəhanədir.

Oxşar xəbərlər

Gəncənin ballistik raket atəşinə tutulması əmrinin Ermənistan rəhbərliyi tərəfindən növbəti dəfə təsdiqlənib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Pekində Azərbaycan-Çin sənədləri imzalanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər