Türkiyə Somalidə Hərbi Hava Qüvvələri Komandanlığı yaradır
Türkiyə Somalidə Hərbi Hava Qüvvələri Komandanlığı yaradır.
"Far.Az" xəbər verir ki, bu barədə "HBN" televiziya kanalı Türkiyənin milli müdafiə naziri Yaşar Gülərə istinadən məlumat yayıb.
Onun sözlərinə görə, yeni komandanlığın sərəncamında hücum helikopterləri, qırıcı təyyarələr və hərbi nəqliyyat təyyarələri olacaq: "Onun missiyası Somali Milli Ordusunun (SNA) əməliyyat imkanlarını gücləndirməkdir".
Gülər qeyd edib ki, bu addım Ankara ilə Moqadişu arasında uzunmüddətli təhlükəsizlik əməkdaşlığının, xüsusən də kadr hazırlığı və terrorizmə qarşı əməliyyatlar sahəsində strateji bir hissəsidir.
Türkiyə artıq Somalinin paytaxtında öz ərazisindən kənarda ən böyük hərbi bazasını idarə edir. Minlərlə Somali əsgəri birgə TÜRKSOM əməliyyatının bir hissəsi olaraq orada təlim keçir.
Qeyd edək ki, 2025-ci ilin noyabr ayında Somali və Türkiyə arasında dəniz təhlükəsizliyi sahəsində əməkdaşlıq müqaviləsi imzalanıb və bu, Türkiyənin Afrika Buynuzu bölgəsində artan strateji təsirini nümayiş etdirib. 12 dekabrda isə Hind okeanının Somali sahilində Türkiyə kosmik limanının tikintisinə başlayıb.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Mərkəzi Bank tərəfindən media nümayəndələri üçün "Kapital bazarlarının əsasları" mövzusunda təlim keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bərdədə yeni ailə quran qadın öldü: Ailəsi şübhəli məqamların olduğunu iddia edir
-
Qazaxıstanda yerli nümayəndəlik orqanlarına növbədənkənar seçkilər keçiriləcək
-
"Alaves" "Real"ın 10 matçlıq qələbə seriyasına son qoyub
-
"Mercedes-Benz" işçilərinə könüllü işdən ayrılmaq üçün 422 min avroyadək təzminat təklif edəcək
-
"Mançester Yunayted" antirekord müəyyənləşdirib
-
İspaniyada növbədənkənar parlament seçkiləri keçiriləcək













