FTB Epşteynin ABŞ prezidenti haqqında yazdığı məktubun saxta olduğunu bildirib
Far.Az xəbər saytı

FTB Epşteynin ABŞ prezidenti haqqında yazdığı məktubun saxta olduğunu bildirib


ABŞ Federal Təhqiqat Bürosu, maliyyəçi Ceffri Epşteynin adı açıqlanmayan prezidentin gənc qadınlara meylini təsvir edən məktubun saxta olduğunu rəsmi olaraq təsdiqləyib.

"Report"un məlumatına görə, bu barədə ABŞ Ədliyyə Nazirliyi məlumat yayıb.

Söhbət Epşteynin iş materiallarında aşkar edilmiş sənəddən gedir.

ABŞ Gimnastika komandasının keçmiş həkimi Larri Nassara ünvanlanan anonim məktubda iddia edilib ki, müəyyən bir prezident yoldan keçən hər hansı bir gənc gözəlin qasığından tutmağı sevir.

Ədliyyə Nazirliyi əl yazısı təhlilinin Epşteynin müəllifliyini təsdiqləmədiyini izah edib.

Bundan əlavə, məktub maliyyəçinin Nyu-York şəhərindəki kamerasında huşsuz vəziyyətdə tapılmasından üç gün sonra Şimali Virciniyadan poçtla göndərilib.

Oxşar xəbərlər

Azərbaycan bayrağı Nyu-York səmasına qaldırılıb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezidentin izi ilə - ZƏNGİLANDAN FOTOREPORTAJ
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər