ABŞ Avropadakı ideoloqlara qarşı sanksiya tətbiq edib
Vaşinqton administrasiyası Avropa İttifaqının keçmiş daxili bazar üzrə komissarı Tyerri Breton və amerikalıları senzura etmək səylərində iştirak edən digər şəxslərə viza məhdudiyyətləri tətbiq edib.
"Report" xəbər verir ki, bu barədə dekabrın 23-də ABŞ dövlət katibinin müavini Sara Rocers bildirib.
"Rəqəmsal Xidmətlər Qanununun arxasında duran Tyerri Bretona qarşı sanksiyalar tətbiq etdik", - deyə o, əlavə edib. 2023-cü ilin avqust ayından qüvvədə olan qanun Facebook və Instagram, AliExpress, Amazon Store, AppStore, Booking və digər platformalar da daxil olmaqla bir sıra platformalar üzərində nəzarəti əhəmiyyətli dərəcədə artırıb.
Rocersin xatırlatdığı kimi, 2024-cü ilin avqust ayında Breton amerikalı milyarder İlon Maska rəsmi məktub göndərdiyini və zərərli məzmunu silməkdə yetərli olmayan tədbir gördüyünə görə sosial şəbəkəsi "X"i cəzalandırmağa hazır olduğunu, eləcə də dezinformasiyaya görə məsuliyyət daşıdığını bildirib. Bu, "X"in o vaxt ABŞ prezidentliyinə namizəd və hazırda ABŞ lideri olan Donald Trampla müsahibəni yayımlamasından əvvəl baş verib.
Rocers, internetdə dezinformasiya və nifrət nitqinin yayılmasına qarşı mübarizə aparan CCDH təşkilatına rəhbərlik edən Britaniyada siyasi məsləhətçi İmran Əhmədə qarşı da sanksiyaların tətbiq olunduğunu aydınlaşdırıb. Rocers Əhmədi Bayden administrasiyasının ABŞ vətəndaşlarına qarşı hökumət resurslarından istifadə etmək səylərində əsas tərəfdaşı kimi müəyyən edib.
Dövlət katibinin müavini həmçinin Almaniyada yerləşən HateAid təşkilatına rəhbərlik edən Anna-Lena fon Hodenberq və Jozefina Ballonu sanksiya siyahısına əlavə edib. Məhdudiyyətlər həmçinin Britaniyanın GDI təşkilatının rəhbəri Kler Melforda da şamil ediləcək.
Rocersin sözlərinə görə, bu təşkilat internetdə dezinformasiya və nifrət dolu materialları aşkar etmək adı altında ABŞ vergi ödəyicilərinin vəsaitlərindən amerikalıları senzura etmək üçün istifadə edib.
Dövlət katibi Marko Rubionun yazılı açıqlamasında vurğuladığı kimi, ABŞ qlobal senzura kompleksindəki əsas fiqurların girişini qadağan edir. Rubio iddia edir ki, Avropadakı ideoloqlar müəyyən fikirləri ifadə etdikləri üçün Amerika vətəndaşlarını cəzalandırmağa çalışırlar.
Oxşar xəbərlər
Bakıda Azərbaycan səhiyyəsi üçün önəmli tədbir keçirilib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
20 Sentyabr - Neftçilər Günü münasibətilə tədbir keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bərdədə yeni ailə quran qadın öldü: Ailəsi şübhəli məqamların olduğunu iddia edir
-
Qazaxıstanda yerli nümayəndəlik orqanlarına növbədənkənar seçkilər keçiriləcək
-
"Alaves" "Real"ın 10 matçlıq qələbə seriyasına son qoyub
-
"Mercedes-Benz" işçilərinə könüllü işdən ayrılmaq üçün 422 min avroyadək təzminat təklif edəcək
-
"Mançester Yunayted" antirekord müəyyənləşdirib
-
İspaniyada növbədənkənar parlament seçkiləri keçiriləcək













