Zakir Həsənov Liviyaya başsağlığı verib
Far.Az xəbər saytı

Zakir Həsənov Liviyaya başsağlığı verib


Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Liviya Dövlətinin Baş naziri – müdafiə naziri Abdülhəmid Dibeybəyə başsağlığı verib.

Bu barədə "Far.Az"a Müdafiə Nazirliyindən bildirilib.

Başsağlığında deyilir:

"Türkiyə Respublikasından rəsmi səfərdən qayıdan 9H-DFJ bort nömrəli "Falkon 50" tipli təyyarənin qəzaya uğraması nəticəsində şəxsən tanıdığım Liviya Dövləti Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Məhəmməd Əli Əhməd Əl Haddadın və digər heyətin həlak olması xəbəri məni dərindən kədərləndirdi.

Faciəvi qəza zamanı bütün həlak olanların yaxınlarının və əzizlərinin kədərinə şərik olduğumuzu bildirir, Allahdan səbir diləyirik.

Ruhları şad, xatirələri əziz olsun.

Allah rəhmət eləsin".

Oxşar xəbərlər

Silahlı Qüvvələrin bir qrup hərbi qulluqçu təltif edilib
Palçıq Vulkanları Turizm Kompleksi – Azərbaycanın təbiət möcüzələrinə açılan yeni qapı
Prezident Müdafiə Nazirliyinin hərbi qulluqçularını və mülki işçilərini təltif edib - SƏRƏNCAM
Qazaxıstanda Zakir Həsənova medal təqdim edilib
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər