Moskva meri: Miqrantlarsız keçinə bilmərik
Far.Az xəbər saytı

Moskva meri: Miqrantlarsız keçinə bilmərik


Moskvada (Rusiya) əmək resurslarının çatışmazlığı hazırda 400-500 min nəfərdir və gələcəkdə də artacaq.

"Report" "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə şəhər meri Sergey Sobyanin bildirib.

"Əlbəttə, miqrantsız keçinmək daha yaxşı olardı. Amma təəssüf ki, demoqrafik vəziyyət və iqtisadiyyat fərqli qaydalar yaradır. Bu gün Moskvada əmək resurslarının çatışmazlığı, - yəni işçi qüvvəsi ilə təmin olunmayan vakant yerlər-400 mindən 500 min nəfərə qədərdir. Gələcək illərdə, böyük ehtimalla, keçirdiyimiz demoqrafik vəziyyət səbəbindən bu çatışmazlıq artacaq", - o deyib.

Paytaxt meri qeyd edib ki, miqrasiya ilə bağlı müəyyən sosial çağırışlara baxmayaraq, xaricdən işçi qüvvəsinin axını əhəmiyyətli iqtisadi effekt təmin edir.

Oxşar xəbərlər

Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarına rəhbərlər seçilib - SİYAHI
Azərbaycana xaricdən gətirilən UCUZ ƏTLƏR: 11 manatdan başlayır
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Turistlərin sevimli şəhərinə çevrilmiş paytaxt Bakı
Əmək və Sosial Münasibətlər Akademiyasında COP29-a həsr edilən elmi nəşrin təqdimatı olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər