Kamboca və Tailand münaqişənin həlli üzrə danışıqlara başlayıblar
Kamboca və Tailand rəsmiləri iki ölkə arasında sərhəd münaqişəsini həll etmək məqsədilə dörd günlük danışıqlara start veriblər.
"Report" xəbər verir ki, bu barədə "The Guardian" yazıb.
Tailandın Çantaburi əyalətində keçirilən görüş əvvəlcə Pnompenin neytral məkanda keçirilməsini tələb etməsi səbəbindən sual altında qalsa da, Kamboca hökuməti nümayəndə heyətlərinin fotosunu yayıb və danışıqların başladığını təsdiqləyib. Məqsəd döyüşlərin dayandırılması, sabitliyin bərpası və normal həyata dönüşün sürətləndirilməsidir.
Danışıqlar şənbə gününə qədər davam edəcək. Tailand Müdafiə Nazirliyinin nümayəndəsi Surasant Konqsiri jurnalistlərə bildirib ki, Banqkok görüşün müsbət nəticələr verəcəyinə böyük ümid bəsləyir.
Daha əvvəl Tailand Pnompendən atəşkəs və sərhədin minalardan təmizlənməsində əməkdaşlıq tələb etmişdi. Davam edən atışmalara baxmayaraq, Kamboca Daxili İşlər Nazirliyi bu həftə Tailandın atəşkəs şərtlərinə əməl etməkdə səmimiyyətinə nikbin yanaşdığını açıqlayıb.
Münaqişə iki ölkə arasında 800 kilometrlik sərhədin kolonial dövrdə aparılmış demarkasiyası və sərhəddə yerləşən qədim məbədlər üzərində ərazi mübahisəsindən qaynaqlanır. Hər iki tərəf 7 dekabrdan bəri yenidən başlayan döyüşlərə və mülki əhaliyə hücumlara görə bir-birini ittiham edir.
Oxşar xəbərlər
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ucuz qiymətə qızıl almaq istəyənləri SEVİNDİRƏCƏK XƏBƏR
Mehriban Əliyeva Vatikanda Müqəddəs Komodilya katakombalarının bərpası layihəsinin açılışında iştirak edib
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bərdədə yeni ailə quran qadın öldü: Ailəsi şübhəli məqamların olduğunu iddia edir
-
Qazaxıstanda yerli nümayəndəlik orqanlarına növbədənkənar seçkilər keçiriləcək
-
"Alaves" "Real"ın 10 matçlıq qələbə seriyasına son qoyub
-
"Mançester Yunayted" antirekord müəyyənləşdirib
-
"Mercedes-Benz" işçilərinə könüllü işdən ayrılmaq üçün 422 min avroyadək təzminat təklif edəcək
-
İspaniyada növbədənkənar parlament seçkiləri keçiriləcək













