Kim Çen İn gizli sualtı silahların planları ilə tanış olub
Far.Az xəbər saytı

Kim Çen İn gizli sualtı silahların planları ilə tanış olub


Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen İn yeni gizli sualtı silahların hazırlanması planları ilə tanış olub və Hərbi Dəniz Qüvvələrinin (HDQ) tərkibində yeni hərbi hissənin yaradılması ideyasını irəli sürüb.

"Report" xəbər verir ki, bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi (KMTA) məlumat yayıb.

Şimali Koreya lideri strateji idarəolunan raketlərlə təchiz edilmiş, 8,7 min ton su tutumuna malik atom sualtı qayığının inşa edildiyi yerə baş çəkib və işlərin gedişi barədə məruzəni dinləyib.

"Yoldaş Kim Çen İn yeni sualtı gizli silahların tədqiqat vəziyyəti ilə konkret şəkildə tanış olub, HDQ-nin yenidən təşkil edilməsi və yeni hərbi hissənin yaradılması barədə strateji niyyətini ortaya qoyub", - deyə agentlik yazır.

Oxşar xəbərlər

Nazir Vilayət Eyvazov Sumqayıtda vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
İlham Əliyev və BƏƏ prezidenti Yeni Şuşa məscidində tikinti işlərinin gedişi ilə tanış olublar
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər