Meymunçiçəyi xəstəliyi ilə mübarizə üçün 3,6 milyon dozadan çox peyvənd ayrılıb
Dünya ölkələri meymunçiçəyi xəstəliyi ilə mübarizə üçün artıq 3,6 milyon dozadan çox peyvənd ayırıb.
"Report"un xəbərinə görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) saytında dərc olunan məlumatda deyilir.
Məlumata görə, bu rəqəmə Avropa Komissiyası, ABŞ, Aİ-nin ayrı-ayrı ölkələri, həmçinin Danimarkanın vaksin istehsalçısı “Bavarian Nordic” tərəfindən çatdırılması üçün vəd edilən 620 min doza daxildir. Yaponiya ən çox - təxminən 3 milyon dozanın təminatını vəd edib.
ÜST həmçinin insanlarda xəstəliyin aşkarlanması və müalicəsinə çıxışını artırmaq üçün meymunçiçəyi üçün peyvəndlərin, dərmanların və sınaq avadanlığının "giriş və müəyyənləşdirmə mexanizmi"nin (“Access and Allocation Mechanism”, AAM) yaradılmasını elan edib. Təşkilatın məlumatına görə, mexanizmə ÜST, BMT, Vaksinlər və İmmunlaşdırma üzrə Qlobal Alyans GAVI üzvü olan dövlətlər, eləcə də biznes nümayəndələri cəlb olunacaq.
Oxşar xəbərlər
Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin işgüzar dairələrin nümayəndələri ilə görüşü keçirilib - YENİLƏNİB - 2
Meymunçiçəyi virusu nədir, necə yayılır, COVID kimi pandemiyaya səbəb ola bilərmi?
Belçika Konqo DR-ə 20 min doza meymunçiçəyi peyvəndi verəcək
Niderland Afrikada meymunçiçəyi ilə mübarizəyə 3 milyon avro ayırıb
Dünyada sürətlə yayılan bu virusa kimlər yoluxa bilər? - AÇIQLAMA
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclası keçirilib
-
Premyer Liqa: VII turun açılış oyununda "Kəpəz" "Araz-Naxçıvan"ı məğlub edib
-
Bərdədə xəstənin əməliyyat nəticəsində ölməsində təqsirli bilinən həkimə hökm oxunub
-
İtkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfransın iştirakçıları Şuşada olublar
-
Tokayev: Azərbaycanın Xəzər dənizinin dayazlaşması ilə bağlı təşəbbüsünü dəstəkləyirik
-
Prezident İlham Əliyev: Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir













