Qarabağ Universiteti Mühəndislik fakültəsinin yeni binası qısa müddətdə inşa ediləcək
Qarabağ Universiteti Mühəndislik fakültəsinin yeni inzibati binasının inşasının qısa müddətdə yekunlaşdırılması nəzərdə tutulur.
"Report"un Xankəndiyə ezam olunan əməkdaşı xəbər verir ki, bunu Prezidentin izi ilə şəhərə təşkil olunan mediatur çərçivəsində jurnalistlərə açıqlamasında universitetin Mühəndislik fakultəsinin dekanı Hüseyn Mirzəyev deyib.
O qeyd edib ki, Qarabağ Universiteti Mühəndislik fakültəsinin yeni binası elmi-tədqiqat və innovasiya məkanları ilə təchiz olunacaq:
"Qarabağ Universitetinin Mühəndislik fakültəsinin yeni binasının müasir standartlara uyğun inşa edilərək qısa müddətdə istifadəyə verilməsi planlaşdırılır. Tədris binası keyfiyyətli kadr hazırlığını təmin edən, tələbələrin nəzəri bilik və praktiki bacarıqlarının inkişafına, həmçinin innovativ fəaliyyətlərinin genişləndirilməsinə xidmət edən auditoriyalar, laboratoriyalar, kitabxana, elmi-tədqiqat və innovasiya məkanları ilə təchiz olunacaq".
Dekan rəhbəri olduğu fakültənin fəaliyyətində də bəhs edib:
"Onu da qeyd edim ki, layihənin icrası mühəndislik təhsilinin inkişafına mühüm töhfə verməklə yanaşı, müasir akademik məzmunun və innovativ tədris metodlarının tətbiqini təşviq edəcək. Həmçinin müasir texnoloji çağırışlara cavab verən, innovasiya və tətbiqyönümlü mühəndis kadrların hazırlanmasını hədəfləyən əsas akademik struktur bölmələrdən biri olacaq. Fakültədə hazırda 19 professor-müəllim, inzibati və texniki heyət üzvü fəaliyyət göstərir. Burada ümumilikdə 314 tələbə təhsil alır. Fakültədə bakalavriat səviyyəsində elektrik və elektronika, inşaat, mexatronika və robototexnika, logistika və nəqliyyat texnologiyaları, kompüter mühəndisliyi, data analitika və riyaziyyat daxil olmaqla 7 ixtisas üzrə kadr hazırlığı həyata keçirilir".
Qeyd edək ki, Prezident İlham Əliyev dekabrın 23-də Xankəndi şəhərində Qarabağ Universitetinin Mühəndislik fakültəsinin binasının təməlini qoyub.
Oxşar xəbərlər
Prezidentin izi ilə - ZƏNGİLANDAN FOTOREPORTAJ
İlham Əliyev Qarabağ Universitetinin Klinikası binasının açılışında iştirak edib
Prezident Qarabağ Universitetinin Biznes və iqtisadiyyat fakültəsinin binasının açılışında iştirak edib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Xətai rayonunda Heydər Əliyev Fondu tərəfindən yeni məktəb binası istifadəyə verilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Bloomberg": İran ABŞ-nin yeni hücumlarına hazırlaşır
-
Tramp: "Audi" ABŞ-də avtomobil zavodunun inşasına 4,2 milyard dollar investisiya yatıracaq
-
"Anamla atam ailə qurmağımı istəyir"
-
"Axios": Vaşinqton süni intellekt sənayesi liderlərinin apokaliptik proqnozlarından bezib
-
Neymar qırmızı vərəqə almasını irqçilik təzahürü adlandırıb
-
FIFA U-15: Azərbaycan millisi bu gün növbəti oyunlarını keçirəcək













