Rusiyanın Xarkova hücumu nəticəsində iki nəfər ölüb - YENİLƏNİB
Rusiyanın Xarkova idarə olunan aviabombalarla hücumu nəticəsində iki nəfər ölüb, daha üç nəfər yaralanıb.
"Far.Az" xəbər verir ki, bu barədə "RBK-Ukrayna" Xarkov Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Sinequbovun "Telegram"dakı bəyanatına istinadən məlumat yayıb.
O, bombalanan rayonda yalnız mülki yaşayış infrastrukturu və təhsil müəssisəsinin yerləşdiyini, burada heç bir hərbi obyektin olmadığını qeyd edib.
"Üç nəfər qəlpə yarası alıb, onların arasında 9 aylıq qız uşağı da var. Həkimlər bütün zəruri yardımı göstəriblər. Təəssüf ki, iki kişi həlak olub", - Sineqoubovun məlumatında deyilir.
Rusiya Ukraynanın Xarkov vilayətinə idarə olunan aviabombalarla növbəti zərbələr endirib, ölənlər və yaralananlar var.
"Far.Az" xəbər verir ki, bu barədə Xarkov şəhərinin meri İqor Terexov və Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Sinequbovun teleqram kanallarına istinadən "RBK-Ukrayna" məlumat yayıb.
"Partlayışlar həm şəhər ətrafında, həm də birbaşa vilayət mərkəzində baş verdi. İlkin məlumata görə, zərbə Şevçenko rayonuna endirilib", - Terexov bildirib.
Daha sonra şəhər rəhbəri dəqiqləşdirib ki, zərbə Xarkov vilayətinin ən işlək yollarından birinə endirilib. Nəticədə bir neçə avtomobil yanıb, ətraf evlərin pəncərələri sınıb. Yanan maşınlarda insanlar olub.
Oxşar xəbərlər
İlham Əliyev İmişlidə "Promalt" MMC-nin arpa emalı müəssisəsinin açılışını edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
İlham Əliyev Ağdamda 2-ci yaşayış kompleksinin açılışında iştirak edib
Sumqayıtda yanğın təhlükəli obyektin fəaliyyəti dayandırılıb
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bərdədə yeni ailə quran qadın öldü: Ailəsi şübhəli məqamların olduğunu iddia edir
-
İran HDQ: ABŞ-nin blokadasını pozmaq üçün əməliyyatlar aparılır
-
Ukrayna Ordusu "Starshield" məhdudiyyətləri səbəbindən əməliyyatları ləğv etməli olub
-
S&P Fransanın kredit reytinqi proqnozunu mənfiyə endirib
-
İran nüvə komplekslərinin yaxınlığında yeni yeraltı obyekt inşa edir
-
"OpenAI" "Apple" şirkətini ticarət sirlərinin oğurluğunda ittiham edərək, iddia qaldırıb













