CNN: Mərkəzi Kəşfiyyat İdarəsi Venesueladakı obyektə dronla zərbə endirib
Far.Az xəbər saytı

CNN: Mərkəzi Kəşfiyyat İdarəsi Venesueladakı obyektə dronla zərbə endirib


Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) dekabr ayında Venesuela sahilində narkotik qaçaqmalçılığında istifadə olunan limana zərbə endirib.

"Report"un CNN telekanalına istinadən məlumatına görə, bu barədə mənbələr bildiriblər.

Daha əvvəl ABŞ Prezidenti Donald Tramp Venesueladan narkotik qaçaqmalçılığında istifadə olunan əraziyə zərbə endirildiyini təsdiqləmişdi, lakin hücuma məruz qalan obyektin dəqiq yerini açıqlamamışdı. Nəşrin mənbələrinin sözlərinə görə, MKİ Bolivar Respublikasının sahilindəki uzaq limana pilotsuz aparatla zərbə endirib. Hücum zamanı obyektdə insanlar olmayıb, nəticədə liman burada lövbər salmış gəmilərlə birlikdə məhv edilib. Kəşfiyyat məlumatlarının əldə olunmasında ABŞ-nin Xüsusi Əməliyyat Qüvvələri dəstək göstərib.

Telekanalın qeyd etdiyinə görə, bu zərbə "böyük dərəcədə simvolik xarakter daşıyırdı", lakin Venesuela ərazisindəki obyektə hücumun həyata keçirilməsi faktı "ABŞ ilə Venesuela Prezidenti Nikolas Maduro arasında gərginliyin əhəmiyyətli dərəcədə artmasına səbəb ola bilər".

26 dekabrda Tramp WABC radiostansiyasına müsahibəsində iki gün əvvəl ABŞ-nin "narkotik qaçaqmalçılığı üçün istifadə olunduğu güman edilən böyük zavod və ya obyektə" zərbə endirdiyini bildirib.

Oxşar xəbərlər

Bakıda obyektdə güclü PARTLAYIŞ - 7 nəfər xilas edilib, yaralılar var
Əmək və Sosial Münasibətlər Akademiyasında COP29-a həsr edilən elmi nəşrin təqdimatı olub
Sumqayıtda yanğın təhlükəli obyektin fəaliyyəti dayandırılıb
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Gələcəyə ümidlə baxan uşaqların sağlamlıq arzusu burada gerçəkləşə bilər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər