Amsterdamda təxminən 150 illik tarixi olan kilsə yanıb
Far.Az xəbər saytı

Amsterdamda təxminən 150 illik tarixi olan kilsə yanıb


Yeni il gecəsi Amsterdamın tarixi mərkəzi yaxınlığında 150 illik tarixi olan kilsə yanıb.

"Report" xəbər verir ki, bu barədə "NL Times" qəzeti məlumat yayıb.

Yanğının gecə yarısından az sonra başladığı qeyd edilib.

"Bu monumental kilsədə kütləvi və dəhşətli yanğındır. Bizim birinci prioritetimiz ətrafdakı sakinlərin rifahını və təhlükəsizliyini təmin etməkdir", - Amsterdam meri Femke Halsema bildirib.

Yanğın artıq Vondelkerk kilsə qülləsinin dağılmasına səbəb olub. Yaxınlıqdakı evlərin sakinləri təxliyə edilib. Fövqəladə hallar xidmətinin nümayəndəsinin sözlərinə görə, yanan köz şəhərin mərkəzinə doğru yayılır.

Oxşar xəbərlər

Alim: Füzulinin qəbrini Azərbaycana gətirsək, ruhu narahat olar - MÜSAHİBƏ
Prezident İlham Əliyev Xocalının Badara, Daşbulaq, Seyidbəyli və Şuşakənd kəndlərinin sakinləri ilə görüşüb
Allahverdi Əsədov: Qarabağ müharibəsindən çəkdiyim kasetlər məhv olmaq üzrədir, yiyə duran yoxdur - MÜSAHİBƏ
Bakı sakinləri Zəfərin beşinci ildönümünü qeyd edir
DYMX Neft Emalı Zavodunda yanğın-taktiki təlim keçirib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər