Parisdə Yeni il gecəsi 125 nəfər saxlanılıb
Far.Az xəbər saytı

Parisdə Yeni il gecəsi 125 nəfər saxlanılıb


Paris polisi Yeni il gecəsi zorakılıq, vandalizm və narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı 125 nəfəri saxlayıb.

"Report" xəbər verir ki, bu barədə "Le Figaro" qəzeti paytaxtın polis prefekturasına istinadən məlumat yayıb.

Qeyd olunur ki, onlardan 33 nəfər qəsdən törədilmiş zorakılıq əməllərinə görə, 15 nəfər zorakılıq və ya əmlakın korlanması məqsədi daşıyan qrup fəaliyyətində iştirak etdiklərinə görə, 10 nəfər psixotrop maddələrin saxlanmasına, 8 nəfər isə narkotik vasitələrdən istifadəyə görə saxlanılıb. Bundan başqa, 5 nəfər kobud təhqirlərə, 5 nəfər partlayıcı maddələrin saxlanmasına görə saxlanılıb, daha 5 nəfər isə barələrində əvvəllər verilmiş həbs orderləri əsasında tutulub. Saxlanılanların ən gənci 17, ən yaşlısı isə 53 yaşındadır.

Paris polis prefekturasında vurğulanıb ki, ötən gecə paytaxt ərazisində heç bir avtomobil yandırılmayıb.

Fransa Daxili İşlər Nazirliyi Yeni il gecəsi təhlükəsizliyin təmin olunmasına 90 min polis və jandarm cəlb edib. Onlardan təxminən 10 mini Paris və ona bitişik ərazilərin küçələrində növbə çəkib. Nazir Loran Nünyes vandalizm və zorakılıq halları zamanı prefektlərə "sərt tədbirlər görmək" tapşırığı verdiyini bildirib.

Oxşar xəbərlər

"Dünyanın ən gözəl qızı" Tilan Blonde hazırda 24 yaşındadır
Son 11 ayda narkotiklə bağlı 7 min 441 cinayət faktı aşkarlanıb
Heydər Əliyev Fondu Lənkəran uşaq evini əsaslı yenidənqurmadan sonra istifadəyə verib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Xətai rayonunda Heydər Əliyev Fondu tərəfindən yeni məktəb binası istifadəyə verilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər