KİV: Kim Çen Inın qızı ilk dəfə Kim ailəsinin məqbərəsində anım mərasimində iştirak edib
Far.Az xəbər saytı

KİV: Kim Çen Inın qızı ilk dəfə Kim ailəsinin məqbərəsində anım mərasimində iştirak edib


Şimali Koreya lideri Kim Çen Inın qızı Kim Cu E ilk dəfə hakim sülaləsinin ailə məqbərəsində anım mərasimində iştirak edib.

"Far.Az" xəbər verir ki, bu barədə Cənubi Koreyanın "Yonhap" agentliyi məlumat yayıb.

Bu da ekspertlər tərəfindən onun mümkün varisi roluna hazırlanmasına dair növbəti siqnal kimi qiymətləndirilir.

Bildirilib ki, Şimali Koreya dövlət KİV-nin məlumatına görə, Kim Cu E atası və anası ilə birgə Kumsusan Günəş sarayını ziyarət edib. Bu məqbərədə sülalənin əsasını qoyanlar - Kim İr Sen və Kim Çen İr dəfn edilib. Bu, onun 2022-ci ildə "Hvason-17" qitələrarası raketinin buraxılışında iştirak edərək ictimai məkanda debütündən sonra Şimali Koreyanın bu müqəddəs məkanına ilk məlum ziyarətidir.

Günəş sarayı özü Şimali Koreyada hakimiyyətin varisliyi simvolu sayılır, ekspertlərin fikrincə, Cu Enin birinci sıranın mərkəzində olması onun xüsusi statusuna diqqət çəkmək üçün edilib.

Qeyd edilib ki, Cənubi Koreya kəşfiyyatı hələ 2024-cü ilin yanvarında Cu Eni Şimali Koreyanın gələcək lideri roluna ən ehtimal olunan namizəd adlandırmışdı.

İlk dəfə ictimaiyyət qarşısına çıxdığı andan etibarən o, Kim Çen Inı strateji əhəmiyyətli hərbi və iqtisadi obyektlərin yoxlanılması zamanı müntəzəm olaraq müşayiət edir. Öyən ilin sonunda onun iştirakı demək olar ki, daimi olub - atom sualtı qayığının inşasına baxışdan tutmuş regional sənaye müəssisələrinin açılışında iştirakına qədər.

Oxşar xəbərlər

Mehriban Əliyeva Vatikanda Müqəddəs Komodilya katakombalarının bərpası layihəsinin açılışında iştirak edib
Leyla Əliyeva və Alyona Əliyeva mükafatlandırma mərasimində iştirak ediblər
Leyla Əliyeva və Arzu Əliyeva Qaxda Axar-Baxar Milli Parkının açılış mərasimində iştirak ediblər
Mehriban Əliyeva Azərbaycanın Müqəddəs Taxt-Tacdakı səfirliyinin inzibati ofisinin açılışında iştirak edib
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər