Arda Gülər "Real Madrid"dən "Arsenal"a keçə bilər
Far.Az xəbər saytı

Arda Gülər "Real Madrid"dən "Arsenal"a keçə bilər


Türkiyəli yarımmüdafiəçi Arda Gülər formasını geyindiyi "Real Madrid"dən ayrıla bilər.

"Report" xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.

Bildirilib ki, Premyer Liqa təmsilçisi türkiyəli futbolçuya görə 80 milyon avro ödəməyə hazırdır. Sadəcə, həm İspaniyanın "kral klubu", həm də futbolçunun özü tərəddüd içindədir və son qərar verməyib.

Qeyd edək ki, "Arsenal" Arda Gülərə start heyətdə oynamağı təklif edir, "Real Madrid"də isə futbolçunu ehtiyat oyunçular skamyasında saxlayır. Arda Gülər bu mövsüm İspaniya liqasında 3 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.

Oxşar xəbərlər

Ucuz qiymətə qızıl almaq istəyənləri SEVİNDİRƏCƏK XƏBƏR
Ucuz qiymətə torpaq sahəsi almaq istəyənlər üçün YENİ XƏBƏR
Bu ərazilərdə torpaq sahələri ucuz qiymətə satışa çıxarıldı - SİYAHI
Bu rayonlarda torpaqlar ucuz qiymətə satışa çıxarıldı - SİYAHI
Nazirliklərə məxsus avtomobillər satışa çıxarıldı - QİYMƏTLƏR

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər