Karakasda partlayışlar davam edir - YENİLƏNİB-2
Far.Az xəbər saytı

Karakasda partlayışlar davam edir - YENİLƏNİB-2


Partlayışların baş verdiyi Karakas səmasında ən azı doqquz helikopter uçub.

Bu barədə "Far.Az" "NBC News"a istinadən məlumat verir.

Telekanal qeyd edib ki, şəhərdə partlayışlar davam edir, uçan helikopterlərin səsi eşidilir.

Hücumların hədəfləri Karakasda helikopterlərin qeydə alındığı neft emalı zavodları və hərbi obyektlər olub.

"Far.Az" xəbər verir ki, bu barədə "A Haber" AFP agentliyinə istinadən bildirib.

"Karakasda silsilə partlayışlar olub. Hücumların hədəfləri Karakasda helikopterlərin qeydə alındığı neft emalı zavodları və hərbi obyektlər olub", - məlumatda deyilib.

Telekanal yerli mediaya istinadən qeyd edib ki, ABŞ Venesuelaya hava və dənizdən genişmiqyaslı hücuma başlayıb. Yüzlərlə qanadlı raket paytaxtdakı hədəfləri vurub.

"Associated Press" agentliyinin məlumatına görə, Karakasda 7 partlayışın olduğu bildirilib və alçaqdan uçan təyyarələr qeydə alınıb. Bəzi sakinlər küçələrə qaçıb.

Venesuela hakimiyyəti partlayışların səbəbləri barədə hələlik rəsmi açıqlama verməyib.

Venesuelanın paytaxtı Karakasda partlayış səsləri eşidilir.

"Far.Az" xəbər verir ki, bu barədə "Sinxua" məlumat yayıb.

Bir sıra KİV orqanları şəhərdə azı altı partlayışın qeydə alındığını bildiriblər.

"Reuters" agentliyi qeyd edir ki, Karakasın böyük hərbi baza yaxınlığında yerləşən cənub rayonu işıqsız qalıb.

Oxşar xəbərlər

KİV: Venesuelada partlayış səsləri eşidilir - YENİLƏNİB
DYMX Neft Emalı Zavodunda yanğın-taktiki təlim keçirib
İlham Əliyev İmişlidə "Promalt" MMC-nin arpa emalı müəssisəsinin açılışını edib
Kiyevə raket hücumu zamanı Azərbaycanın Ukraynadakı səfirliyinə ciddi ziyan dəyib
Yasamalda bina təhlükə altındadır: Sakinlər ölüm qorxusu ilə yaşayırlar

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər