İsveçrədə Kran-Montana barının sahiblərinə qarşı istintaq başlayıb
Far.Az xəbər saytı

İsveçrədə Kran-Montana barının sahiblərinə qarşı istintaq başlayıb


İsveçrədə "Le Constellation" barının iki sahibinə qarşı istintaq başlayıb.

"Far.Az" xəbər verir ki, bu barədə "Keystone-SDA" agentliyi prokurorluğun bəyanatına istinadən məlumat yayıb.

Qeyd olunub ki, onlara ehtiyatsızlıqdan adam öldürmə, ehtiyatsızlıqdan xəsarət yetirmə və yanğın törətmə ittihamları irəli sürülüb. Prokurorluq vurğulayıb ki, hökm qüvvəyə minənə qədər təqsirsizlik prezumpsiyası qüvvədə qalır.

Daha əvvəl KİV məlumatına görə, bar Korsikadan olan fransız cütlük Jak və Cessika Morettiyə məxsusdur. Qeyd edilib ki, faciə zamanı qadın hadisə yerində olub və əlindən yanıq xəsarəti alıb. Onun əri isə başqa bir məkanda olub və yaralanmayıb.

Qeyd edək ki, Kran-Montana kurortundakı yanğın nəticəsində 40 nəfər həlak olub, azı 115 nəfər yaralanıb.

Oxşar xəbərlər

Açıq-saçıq rollara çəkilməyən Cessika Albanı Hollivud silmək istədi amma...
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ermənistan vətəndaşlarının məhkəməsində prokurorların təklifləri səsləndirilib
Bakıda "Suverenliyin keşiyində: Konstitusiyada Prokurorluğun statusu" mövzusunda beynəlxalq konfrans keçirilir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər