BMT TŞ ABŞ-nin Maduronu ələ keçirməsi ilə bağlı təcili iclas keçirir
Far.Az xəbər saytı

BMT TŞ ABŞ-nin Maduronu ələ keçirməsi ilə bağlı təcili iclas keçirir


BMT Təhlükəsizlik Şurası ABŞ-nin Venesuelada keçirdiyi əməliyyatla bağlı təcili iclas keçirir.

"Report"un xarici KİV-ə istinadən verdiyi məlumata görə, görüş Kolumbiyanın təşəbbüsü, Çin və Rusiyanın dəstəyi ilətəşkil olunub və hazırda BMT-nin Nyu-Yorkdakı qərargahında keçirilir.

Qeyd edək ki, ABŞ-nin əməliyyat zamanı ölkə prezidenti Nikolas Maduro və onun həyat yoldaşı Siliya Flores saxlanılaraq Nyu-Yorka gətirilib. Maduro yaxın saatlarda məhkəmə qarşısına çıxacaq.

2025-ci ilin noyabrında ABŞ Prezidenti Donald Tramp Venesuelada Mərkəzi Kəşfiyyat İdarəsinin gizli əməliyyatlarının aparılmasına sanksiya vermişdi. Bir neçə aylıq hazırlıqdan sonra 2026-cı il yanvarın 3-nə keçən gecə ABŞ xüsusi təyinatlıları Maduronu və həyat yoldaşı Siliya Floresi Karakasdakı Fuerte-Tiuna kompleksində saxlayıb. Onlar ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmisinə evakuasiya edilərək narkoterrorizm ittihamları üzrə məhkəmə üçün Nyu-Yorka gətirilib.

Oxşar xəbərlər

Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər