İsrailin Baş naziri Tramp ilə İran məsələsində eyni mövqedədir
Far.Az xəbər saytı

İsrailin Baş naziri Tramp ilə İran məsələsində eyni mövqedədir


İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Donald Tramp ilə İranın nüvə proqramının bərpasına yol verilməməsi məsələsində ortaq və dəyişməz mövqeyi bölüşür.

"Far.Az"un "Ynet"ə istinadən verdiyi məlumata görə, o, bunu Knessetdə çıxışı zamanı bildirib.

"Biz İrana öz ballistik raket sənayesini bərpa etməyə icazə verməyəcəyik və daha da çox onun nüvə proqramını yenidən bərpasına yol verməyəcəyik. Bu, ortaq mövqedir və dəyişməz olaraq qalır", - Netanyahu deyib.

Baş nazirin sözlərinə görə, onlar Qəzza münaqişəsinin həlli məsələlərində də həmrəydirlər.

"Prezident Tramp HƏMAS-ın silahsızlaşdırılması və demilitarizasiyası, həmçinin son girovun – israilli qəhrəman Ran Guaylinin geri qaytarılmasının zəruriliyinə dair ortaq öhdəliyimizi təsdiqləyib", – Netanyahu qeyd edib.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Tramp - Netanyahu görüşü – İsraildə mümkün erkən seçkilərə hazırlıq - ŞƏRH

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər