Yaponiyada 6,2 maqnitudalı zəlzələ olub
Far.Az xəbər saytı

Yaponiyada 6,2 maqnitudalı zəlzələ olub


Yaponiyanın Çuqoku bölgəsində 6,2 maqnitudalı zəlzələ baş verib, ardınca bir sıra güclü afterşoklar qeydə alınıb.

"Report" "Reuters" agentliyinə istinadən xəbər verir ki, bu barədə Yaponiya Meteorologiya Agentliyinin məlumatında deyilir.

Agentlik qeyd edib ki, birinci zəlzələnin episentri Şimane prefekturasının şərqində yerləşib, sunami təhlükəsi yoxdur, ölənlər və ya ciddi dağıntılar barədə məlumat daxil olmayıb.

Hadisə yerindən təxminən 32 km məsafədə yerləşən Şimane atom elektrik stansiyasını idarə edən şirkət bildirib ki, ikinci enerji blokunun işi normal rejimdə davam edir, zəlzələdən sonra heç bir pozuntu qeydə alınmayıb.

Hakimiyyət orqanları zəlzələdən sonra Şin-Osaka və Hakata arasında sürət qatarlarının hərəkətinin dayandırıldığını bildirib.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ötən ilin "yaşıl enerji" gündəminə baxış - TƏHLİL
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər