Zelenski Makronla görüşünün nəticələrini şərh edib
Ukrayna Prezidenti Volodimir Zelenski Parisdə Fransa Prezidenti Emmanuel Makronla danışıqların nəticələri barədə məlumat verib.
"Report"un verdiyi məlumata görə, o, bu barədə öz Telegram kanalında yazıb.
Zelenskinin sözlərinə görə, Fransa Prezidenti ilə görüşü zamanı Ukraynasının Rusiyanın hücumlarına qarşı durmaq üçün real imkanları, müdafiənin gücləndirilməsi məsələləri və diplomatik sahədə Kiyevin mövqeyini gücləndirə biləcək dəstək müzakirə olunub.
"Diplomatiya və real yardım bir-birini müşayiət etməlidir. Rusiya ölkəmizə zərbələr endirməyə davam edir və indi biz hava hücumundan müdafiəni gücləndirməliyik. Məhz buna görə hər görüş konkret nəticə verməlidir - hava hücumundan müdafiə ilə bağlı yeni qərarlar, yeni yardım paketləri, səmanın müdafiəsi üçün yeni imkanlar", - o yazıb.
V. Zelenski qeyd edib ki, tərəflər həmçinin gələcək diplomatik addımları ətraflı müzakirə ediblər. O, əlavə edib ki, dövlət başçıları, beynəlxalq təşkilatların rəhbərləri, nazirlər və səfirlərin iştirakı ilə "İstəklilər koalisiyası"nın Parisdə keçirilən görüşü çərçivəsində mühüm siyasi qərarlar hazırlanır.
Oxşar xəbərlər
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
İlham Əliyev Kopenhagendə Emmanuel Makronla görüşüb
Leyla Əliyeva və Alyona Əliyeva mükafatlandırma mərasimində iştirak ediblər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bərdədə yeni ailə quran qadın öldü: Ailəsi şübhəli məqamların olduğunu iddia edir
-
Qazaxıstanda yerli nümayəndəlik orqanlarına növbədənkənar seçkilər keçiriləcək
-
"Alaves" "Real"ın 10 matçlıq qələbə seriyasına son qoyub
-
Azərbaycandakı sığorta şirkətlərinin aktivlərinin məbləğinə görə renkinqi (01.10.2026)
-
"Mercedes-Benz" işçilərinə könüllü işdən ayrılmaq üçün 422 min avroyadək təzminat təklif edəcək
-
İtaliya şirkətlərinin Azərbaycan planları: Bakı metrosundan Qarabağadək uzanan layihələr













