Fransa və müttəfiqləri ABŞ-nin Qrenlandiyanı güclə ələ keçirmə cəhdi halında tədbirlər hazırlayırlar
Qrenlandiya ticarət obyekti deyil və oranın sakinlərinə məxsusdur.
"Far.Az" xəbər verir ki, bu barədə Fransanın xarici işlər naziri Jan-Noel Barro "France Inter" radiostansiyasının efirində bildirib.
"Qrenlandiya satılmır. O qrenlandiyalılara məxsusdur və onun gələcəyi Qrenlandiya və Danimarka hakimiyyəti arasındakı razılaşmalar çərçivəsində müəyyən ediləcək", - o deyib.
Barronun sözlərinə görə, bir NATO ölkəsinin digərinə hücumu mənasız və ABŞ-nin öz maraqlarına zidd olardı. Nazir, həmçinin qeyd edib ki, bu məsələni ABŞ dövlət katibi Marko Rubio ilə müzakirə edib, o da hərbi ssenarinin Vaşinqton tərəfindən baxılmadığını təsdiqləyib.
Nazir bildirib ki, ABŞ Qrenlandiyanı ələ keçirmək təhdidini reallaşdırmağa çalışacağı təqdirdə Fransa tərəfdaşları ilə birgə fəaliyyət planı üzərində işləyir. O, bu məsələnin Almaniya və Polşa xarici işlər nazirləri ilə görüşündə müzakirə olunacağını qeyd edib.
"Biz hərəkət etmək niyyətindəyik, lakin bunu avropalı tərəfdaşlarımızla birgə etmək istəyirik", - deyə nazir vurğulayıb.
Oxşar xəbərlər
Zəngilanın Məmmədbəyli və Ağalı kəndlərinin sakinlərinə mənzillərin açarları təqdim edilib
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bərdədə yeni ailə quran qadın öldü: Ailəsi şübhəli məqamların olduğunu iddia edir
-
Qazaxıstanda yerli nümayəndəlik orqanlarına növbədənkənar seçkilər keçiriləcək
-
"Alaves" "Real"ın 10 matçlıq qələbə seriyasına son qoyub
-
"Mercedes-Benz" işçilərinə könüllü işdən ayrılmaq üçün 422 min avroyadək təzminat təklif edəcək
-
Azərbaycandakı sığorta şirkətlərinin aktivlərinin məbləğinə görə renkinqi (01.10.2026)
-
İtaliya şirkətlərinin Azərbaycan planları: Bakı metrosundan Qarabağadək uzanan layihələr













