Dubaydan İrana 17 reys ləğv edilib
Far.Az xəbər saytı

Dubaydan İrana 17 reys ləğv edilib


Dubay və bəzi İran şəhərləri arasında Tehran, Şiraz və Məşhəd də daxil olmaqla bu günə planlaşdırılan "Flydubai" aviaşirkətinin ən azı 17 reysi ləğv edilib.

"Report" xəbər verir ki, bu barədə "Al Arabiya" Dubay hava limanlarının məlumatlarına istinadən bildirib.

Məlumata görə, ləğv səbəbi göstərilmir, lakin bu etiraz aksiyalarının genişlənməsi səbəbindən İranda internet bağlantısının olmaması ilə əlaqədar ola bilər.

Bundan əlavə, Həməd Beynəlxalq Hava Limanının saytında bu günə planlaşdırılan Doha (Qətər) və Tehran arasında ən azı iki reysin ləğv edildiyi göstərilib.

Daha əvvəl "Turkish Airlines" şirkətinin İstanbuldan Tehrana və əks istiqamətdə reysləri ləğv etdiyi barədə məlumat verilmişdi.

Türkiyə KİV-i bildirib ki, "Turkish Airlines" aviaşirkəti 17 reys, "Ajet" altı reys, "Pegasus Airlines" isə bu gün İran şəhərlərinə bütün reysləri ləğv edib.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər