Rodriqes: Venesuela və ABŞ səfirliklərin açılması imkanlarını araşdırır
Far.Az xəbər saytı

Rodriqes: Venesuela və ABŞ səfirliklərin açılması imkanlarını araşdırır


Venesuela və ABŞ hər iki ölkənin səfirliklərinin açılması imkanlarını araşdırırlar.

"Far.Az" xəbər verir ki, bunu Bolivar Respublikası Prezidentinin səlahiyyətlərini icra edən Delsi Rodriqes "Venezolana de Televisión" telekanalının efirində bəyan edib.

"Venesuela və ABŞ hər iki ölkənin səfirliklərinin açılması imkanlarını nəzərdən keçirir", - deyə Rodriqes respublikanın Xarici İşlər Nazirliyinin daha əvvəl verdiyi bəyanata istinadən bildirib. O vurğulayıb ki, ölkə Venesuelanın müstəqilliyini, sabitliyini, suverenliyini və sülhü qorumaq üçün Bolivarın sülh diplomatiyasından istifadə edəcək.

Rodriqes hesab edir ki, respublika "Venesuela Prezidenti Nikolas Maduro və birinci xanım Siliya Floresin geri qayıtmasını təmin edəcək yolu seçib".

"Biz bu yolla strateji səbirlə, qətiyyətlə, sonsuz sədaqətlə və hər şeydən öncə xalqımıza olan dərin sevgi ilə irəliləyirik", - deyə Rodriqes vurğulayıb.

Qeyd edək ki, iki ölkə arasında diplomatik münasibətlər 2019-cu ildə kəsilib.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan gömrükçüləri "Uşaq oyuncaqları" yükündən bəyan olunmayan mallar aşkarladı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər