İsrail ordusu Livanın cənubunda yeni hücumlar həyata keçirib
Far.Az xəbər saytı

İsrail ordusu Livanın cənubunda yeni hücumlar həyata keçirib


İsrail hərbçiləri Livanın cənubunda "Hizbullah" təşkilatının hərbi infrastruktur obyektlərinə yeni zərbələr endiriblər.

"Far.Az"un məlumatına görə, bu barədə İsrail ordusunun mətbuat xidməti açıqlama yayıb.

Qeyd olunub ki, zərbələr hərəkatın hərbi qanadına məxsus silah anbarlarını məhv etməyə yönəlib.

"Zərbələr Cənubi Livanda təşkilata məxsus bir neçə hərbi obyektlərdə silah saxlamaq üçün istifadə olunan şaxtalara endirilib. Son aylarda həmin obyektlərdə "Hizbullah"ın fəaliyyəti qeydə alınıb", – açıqlamada bildirilir.

İsrail tərəfinin mövqeyinə görə, bu obyektlərdəki fəaliyyət İsrail və Livan arasında atəşkəs razılaşmalarının pozulmasıdır.

"İsrail Müdafiə Qüvvələri dövlət qarşısında yaranan hər hansı təhdidi aradan qaldırmaq üçün tədbirlər görməyə davam edəcək", – deyə İsrail hərbçiləri xəbərdarlıq ediblər.

Oxşar xəbərlər

FHN-in Dövlət Yanğından Mühafizə Xidməti növbəti "açıq qapı günü" tədbirləri keçirib
Leyla Əliyeva və Alyona Əliyeva mükafatlandırma mərasimində iştirak ediblər
İsrail-Livan atəşkəsi: kim nə qazanıb? - TƏHLİL
Leyla Əliyeva və Arzu Əliyeva Qaxda Axar-Baxar Milli Parkının açılış mərasimində iştirak ediblər
Arzu Əliyeva və Alena Əliyeva "Rənglərdə yaşanan 10 il" mövzusunda keçirilən sərgidə iştirak ediblər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər