KİV: Tramp İranda hərbi qüvvələrin yerləşdirilməsi variantını nəzərdən keçirmir
Far.Az xəbər saytı

KİV: Tramp İranda hərbi qüvvələrin yerləşdirilməsi variantını nəzərdən keçirmir


ABŞ Prezidenti Donald Tramp İrana mümkün müdaxilə zamanı ölkəyə hərbçilərin yerləşdirilməsi variantını nəzərdən keçirmir.

"Report" xəbər verir ki, bu barədə CNN Ağ Evdəki rəsmi şəxsə istinadən məlumat yayıb.

Onun sözlərinə görə, İrandakı etirazların onlarla ölüm və həbslə nəticələnməsi səbəbindən son günlərdə ABŞ Prezidentinə müxtəlif müdaxilə planları barədə məlumat verilib. Telekanalın həmsöhbəti qeyd edib ki, müzakirələr zamanı Vaşinqtonun hərbi gücdən birbaşa istifadəsini nəzərdə tutmayan variantlar da nəzərdən keçirilib.

"Amerikalı rəsmilərin bildirdiyinə görə, prezidentə təqdim olunan bir sıra variantlar Tehranın etirazları yatırmaq üçün istifadə etdiyi təhlükəsizlik xidmətlərinə zərbə endirməyə yönəlib", - materialda deyilir.

Bununla belə, telekanal qeyd edib ki, Tramp müdaxilə ilə bağlı hələ yekun qərar verməyib, lakin İrana qoşun yeritmədən tədbirlər görmək imkanlarını dəyərləndirir.

Oxşar xəbərlər

Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Ağsu dolaylarındakı son durum: Sürüşmə riskini azaltmaq üçün tədbirlər görülür

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər