Bu gündən "Ən yaxşı təqdimat" müsabiqəsinə qeydiyyat başlayır
Far.Az xəbər saytı

Bu gündən "Ən yaxşı təqdimat" müsabiqəsinə qeydiyyat başlayır


Bu gündən ümumi təhsil müəssisələrinin 9-11-ci sinif şagirdləri arasında "Ən yaxşı təqdimat" müsabiqəsinin qeydiyyatı prosesinə başlanılır.

"Report" xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.

Qeyd olunub ki, müsabiqəyə qeydiyyat yanvarın 30-na kimi aktiv olacaq.

Şagirdlər portal.edu.az platformasında bu məqsədlə yaradılmış "Müsabiqələr və olimpiadalar" bölməsindən müsabiqənin istiqamətini seçərək elektron formada müraciət edə bilərlər.

Qeydiyyatdan keçmiş təhsilalanlar müsabiqənin region mərhələsində iştirak üçün yerli təhsili idarəetmə qurumları tərəfindən dəvət ediləcəklər. Müsabiqənin final mərhələsinə vəsiqə qazanacaq təhsilalanlar nəticə ilə bağlı portal.edu.az platforması və mobil telefona SMS göndərilməsi vasitəsilə məlumatlandırılacaqlar.

Qeyd edək ki, müsabiqə müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin doğum gününün 103-cü ildönümü ilə əlaqədar ulu öndərin zəngin siyasi irsinin, həyat və fəaliyyətinin gənc nəsil tərəfindən öyrənilməsi işinin daha da gücləndirilməsi məqsədilə həyata keçirilir.

Oxşar xəbərlər

Bakıda TDT Xəritəçəkmə Qurumları Rəhbərlərinin ikinci iclası keçirilib, bəyannamə qəbul edilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
İlham Əliyev və Mehriban Əliyeva Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər