Uitkoff Qəzza üzrə sülh planının ikinci mərhələsinin icrasına başlanıldığını bəyan edib
Far.Az xəbər saytı

Uitkoff Qəzza üzrə sülh planının ikinci mərhələsinin icrasına başlanıldığını bəyan edib


ABŞ Prezidenti Donald Trampın xüsusi elçisi Stiv Uitkoff ölkə liderinin Qəzza zolağında vəziyyətin tənzimlənməsi planının ikinci mərhələsinin həyata keçirilməyə başlandığını bəyan edib.

"Report" xəbər verir ki, Uitkoff bu barədə "X" sosial şəbəkəsindəki səhifəsində yazıb.

"Bu gün prezident Trampın adından Qəzzada münaqişənin başa çatması üçün 20 maddəlik planının ikinci mərhələsinin başladığını elan edirik", - deyə o qeyd edib.

S. Uitkoff bildirib ki, sülh planının ikinci mərhələsi keçid administrasiyasının yaradılmasını, eləcə də anklavın demilitarizasiyası və bərpası üzrə prosesin başlanmasını nəzərdə tutur.

"İkinci mərhələ, ilk növbədə, bütün səlahiyyətsiz personalın tərk-silah edilməsini, daha sonra isə Qəzzada texnokratik Fələstin keçid administrasiyasının, Qəzzanın idarəetmə üzrə milli komitəsinin yaradılmasını və Qəzzanın tam demilitarizasiyası və bərpasının başlanmasını nəzərdə tutur", - o yazıb və ABŞ HƏMAS hərəkatının üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirməsini və son ölən girovun meyitini geri qaytarmasını gözlədiyini əlavə edib.

"Bu tələblərin yerinə yetirilməməsi ciddi nəticələrə yol açacaq", - S. Uitkoffun mesajında qeyd olunub.

Oxşar xəbərlər

Mehriban Əliyeva Vatikanda Müqəddəs Komodilya katakombalarının bərpası layihəsinin açılışında iştirak edib
İlham Əliyev Cəbrayılın Horovlu kəndinin birinci mərhələsinin açılışında iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Ordusunda Müstəqilliyin Bərpası Günü qeyd olunub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər